ABSENTİZM

(latın absens, absentia – olmayan, iştirak etməmək) - əhalinin öz vətəndaşlıq hüquq və vəzifələrinə laqeyd münasibət bəsləməsi, seçkilər zamanı səsvermədən boyun qaçırmaları. A.-in müxtəlif səbəbləri ola bilər, o cümlədən: vətəndaşların siyasi passivliyi və siyasi bisavadlığı; vətəndaşların yalnız gündəlik qayğılarla yaşaması; vətəndaşlar tərəfindən siyasəti ambisioz şəxslərin eqoistik maraqlarının toqquşması kimi qəbul edilməsi; qeyri-demokratik seçkilərə, seçkilərin saxtalaşdırılmasına qarşı olan vətəndaşların passiv etiraz forması və s. A.-ə yol verməməkdən ötrü bəzi dövlətlərdə məcburi səsvermə sistemi tətbiq edilir və, hətta müəyyən məsuliyyət formaları tətbiq edilir.
ABOLİSİONİZM
ABSOLYUTİZM

Digər lüğətlərdə