ABSOLYUTİZM
(bəzi mənbələrdə absolyut monarxiya) (latın absolutus – mütləq, qeyd-şərtsiz, çərçivəsiz) – heç bir çərçivə ilə məhdudlaşmayan monarxik, despotik idarəçilik forması, harada ki, bütün hakimiyyət resursları, siyasi hakimiyyət, mütləq şəkildə bir şəxsə - monarxa məxsusdur. A. özündə mükəmməl hakimiyyət iyerarxiyası strukturunu etiva edir. A. – bütün dövlət hakimiyyətinin (o cümlədən: Qanunverici, İcra və Məhkəmə hakimiyyətinin) və bəzi hallarda dini hakimiyyətin – taxt-tac sahibinə mənsub olmasının hüquqi və faktiki bərkidilməsidir, lakin dövlət idarəçiliyində Monarx öz işini asanlaşdırmaq üçün müxtəlif növ məsləhət, məşvərət orqanlarını yarada bilər. Müasir dünyada, 8 dövlətdə A. Qalmaqdadır, o cümlədən: Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bruney, Küveyt, Qətər,Oman, Səudiyyə Ərəbistanı və Vatikan. Absolyut hakimiyyət bir qayda olaraq imperatorlara, çarlara, şahlara, sultanlara məxsus olub və xüsusi ilə son orta əsrlərdə inkişaf etmişdir.