ADSORBSİYA

qaz və ya məhluldan hər hansı maddənin maye və ya bərk cismin (adsor-bentlərin) səth təbəqəsi ilə udulması prosesi. Havaya qarışmış xlor qazını aktiv kömürün udması A.-ya misal ola bilər. A. dərəcəsi götürülən adsorbentin xassələrin-dən, A. edilən maddənin təbiətindən və temperaturundan asılıdır. Temp-r yüksəldikcə A. zəifləyir. A. hava və qazların təmizlənməsində (məs. əleyhqazda), tez uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmiz-lənməsində, poliqrafiya, radioelek-tronika və s-də tətbiq olunur. A. hadisəsi təbiətdə geniş yayılmışdır.
ADİABAT PROSESLƏR
ADVEKSİYA
OBASTAN VİKİ
Adsorbsiya
Adsorbsiya — fazaların ayrılması zamanı molekullararası qarşılıqlı təsirin kompensasiya olunmamış qüvvələri səbəbindən iki fazanın (bərk faza – maye, qatılaşdırılmış faza – qaz) interfeysində məhlulun konsentrasiyasının kortəbii artması prosesi. Adsorbsiya xüsusi sorbsiya halıdır. Adsorbsiyanın əksi desorbsiyadır. == Həmçinin bax == Absorbsiya == İstinadlar == == Əlavə ədəbiyyat == Фролов Ю. Г. Курс коллоидной химии. Поверхностные явления и дисперсные системы. - М.: Химия, 1989. - 464 с. Кельцев Н. В. Основы адсорбционной техники. - М.: Химия, 1984. - 592 с.

Digər lüğətlərdə