Adxokratiya

firma üçün yeni olan məsələlərlə məşğul olan və bir qayda olaraq müvəqqəti xarakter daşıyan bölmə, təşkilati forma, onlar müxtəlif adlar daşıya bilərlər: işçi, ekspert, məqsədli qrup, işçi mərkəzləri, ştab, komanda və s.
Additivlik və Qeyri-Additivlik
Adi Alıcı
OBASTAN VİKİ
Adxokratiya
Adxokratiya — funksiyalara görə qruplaşdırılmış, ixtisaslaşmış çoxşaxəli komandaların işlədiyi rəsmi bir quruluşun olmaması ilə təyin olunan çevik, uyğunlaşa bilən və qeyri-rəsmi bir təşkilat formasıdır. bürokratiyanın əksinə işləyir. Termin ilk dəfə 1968-ci ildə Uorren Bennis tərəfindən yazdığı Müvəqqəti Cəmiyyət kitabında irəli sürüldü, sonradan 1970-ci ildə Olvin Toffler tərəfindən yazılan Gələcəyin şoku kitabında istifadəsi ilə populyarlaşdı və o vaxtdan bəri təşkilatların (xüsusilə də onlayn təşkilatların) idarə edilməsi nəzəriyyəsində tez-tez istifadə olunmağa başladı. Konsepsiya Henry Mintzberq kimi akademiklər tərəfindən daha da inkişaf etdirilmişdir. Adxokratiya qeyri-sabitliyə və kortəbiiliyə əsaslanan adaptiv, yaradıcı və çevik inteqrativ davranışla xarakterizə olunur. Bu xüsusiyyətlərin, adxokratiyanın yeni fikirlərə daha açıq olduğu halda, ənənəvi bürokratik təşkilatlardan daha sürətli reaksiya verməsinə imkan verdiyinə inanılır.