AERONÁVTİKA

[ yun. ] Uçucu aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası.
AERONÁVT
AEROPLÁN
OBASTAN VİKİ
Aeronavtika
Aeronavtika və ya aviasiya və kosmos mühəndisi, aviasiya ilə qarşılıqlı əlaqəli hər cür mühəndislik məhsullarının dizaynı, tikintisi layihələrinin hazırlanması və istehsalı, texniki xidmət və təmir texnologiyası və istismarı ilə bağlı təhsil və tədqiqat proseslqrini aparan sahədir. Planlaşdırılan təyyarənin dizaynını və ilkin layihəsini hazırlayır. Təyyarə istehsalı üçün tələb olunan istehsal metodlarından hansının nəyə görə daha qənaətli olacağına qərar verir. Bununla əlaqədar lazımi modelləri hazırlayır, təcrübələr aparır, dizayn etdiyi təyyarənin performans xüsusiyyətlərini müəyyənləşdirir və istəklərə uyğun olaraq bəzi tədqiqatlar aparır.
Beynəlxalq Aeronavtika Federasiyası
Beynəlxalq Aviasiya Federasiyası (FAİ, Fédération Aéronautique Internationale, FAI) — aviasiya və kosmonavtikaya yardım üzrə beynəlxalq təşkilat. Təşkilatın fəaliyyət sahələrindən biri aviasiya və kosmonavtikada standartların tətbiqi və rekordların qeydiyyatıdır. Təşkilatın standartlaşdırma fəaliyyətinin obyekti həm idarəolunan uçuşlar, həm də pilotsuz uçan aparatlar (o cümlədən, aviamodellər) sahəsindəki nailiyyətlər və rekordlardır. Təşkilat 1905-ci ildə idman federasiyası kimi qurulmuşdur. Hazırda 100-ə yaxın ölkənin aviasiya təşkilatlarını birləşdirir.
Türkiyə Aeronavtika Assosiasiyası
Türkiyə Aeronavtika Assosiasiyası və ya qısaca TAA, Türkiyədə aviasiya sənayesini yaratmaq; hərbi, mülki, idman və turizm aviasiyasının inkişafını təmin etmək məqsədilə 16 fevral 1925-ci ildə Mustafa Kamal Paşanın əmri ilə yaradılmış assosiasiyadır. Atatürkün əmri ilə yaradılan zaman rəhbəri və prezidenti Cevat Abbas Gürer olub və assosiasiya “Türk Təyyarə Cəmiyyəti” adını daşımış, 1935-ci ildən “Türkiyə Aeronavtika Assosiasiyası” adını almışdır. TAA Türkiyənin “Aviasiya Federasiyası”nın səlahiyyətlərini daşıyır. 5 avqust 1925-ci ildən “ictimai faydalı cəmiyyət” statusundadır. Baş ofisi Ankaradadır. Prezident və Nazirlər Kabineti TAA-nın mənəvi mühafizləridirlər. Prezident, Qoşun Komandirləri və Ankara valisi onun təbii üzvləri arasındadır. Təşkilat; üzvlük haqqı, qurban dərisi, fitrə, zəkat yığma fəaliyyətləri; marka satışı, tabeliyindəki korporativ müəssisələrin fəaliyyəti kimi mənbələrdən gəlir əldə edir. 1954-cü ildən Türkiyə Aeronavtika Assosiasiyası iki aydan bir pulsuz olaraq öz korporativ jurnalı olan Uçan Türk adlı jurnalını nəşr etdirir.
Müşahidəçi (aeronavtika və aviasiya)

Значение слова в других словарях