AHA
AHALLAŞMAQ
OBASTAN VİKİ
Ahal vilayəti
Ahal (türkməncə: Ahal welaýaty) — Türkmənistanda vilayət.
Ahal müqaviləsi
Ahal müqaviləsi ( rus. Ахалский договор) həmçinin Ahal-Xorasan Sərhəd Konvensiyası kimi tanınan Qacarlar ilə Rusiya arasında 21 sentyabr 1881-ci ildə İranın Xarəzmin (əsasən indiki Türkmənistan ərazisi) Rusiya İmperiyası tərəfindən ilhaqını rəsmən tanımasını qeyd etmək üçün imzalanmış müqavilədir.
Ahalsıx
Axalsıx və ya Axaltsixe (gürc. ახალციხე; türk. Ahıska) — Gürcüstanda şəhər. == Haqqında == Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X–XI əsrlərə aid qala kimi bəhs olunur. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və Elxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir. Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Ahaltəkə atı
Ahaltəkə atı — köçəri Təkə türkmən tayfası tərəfindən yaradılmış at cinsi. Ahal-təkə orta hündür boylu, ensiz bədənli, incə sümüklü atdır. Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko Polo və Makedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi. == Tarixi == Axaltəkə cinsinin əmələ gəlməsində Türkmənistanın təbii şəraiti və xalqın yaşayışı böyük rol oynamışdır. Türkmənistanın isti və quru iqlimi, susuz və xarakter bitki örtüyü, səhra şəraiti və eləcə də xalqın keçmişdə köçəri heyvandarlıq həyatı, bu şəraitə uyğun və davamlı, quru bədən quruluşu və iti yerişli Təkə cinsinin yaranmasına səbəb olmuşdur.Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir. ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: "Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi". Axal-təkə atlardan kütləvi surətdə ingilislər Hindistana daşımışlar və Hindistanın at cinslərin yaxşılaşdırılmasında bilavasitə böyük rolu vardır.
Ahaltəkə ekpedisiyası
Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880–1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü. == Tarixçəsi == Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Anda (Ahalsıx bələdiyyəsi)
Anda — Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd.. == Toponimkası == Şimali Qafqazda Anttübə (Anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andi "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana (qaroul - monqol sözüdür) nəzərdə tutulur. Qaraul keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır.

Digər lüğətlərdə