AKKUMULYATOR

I
сущ. физ. аккумулятор (прибор, служащий для накопления энергии; типы: электрический, гидравлический, тепловой, инерционный)
II
прил. аккумуляторный. Akkumulyator şkafı аккумуляторный шкаф, akkumulyator turşusu аккумуляторная кислота, akkumulyator lampası аккумуляторная лампа
AKKUMULYATİV
AKKUMULYATORÇU
OBASTAN VİKİ
Akkumulyator
Akkumulyator — elektrik enerjisini kimyәvi enerjiyә çevirib toplamaq vә lazım olduqda tәkrar elektrik enerjisinә çevirib işlәtmәk üçün dәfәlәrlә istifadә edilәn qalvanik element; iş qabiliyyәti doldurma (yüklәmә) yolu ilә, yәni boşalma zamanı cәrәyanın istiqamәtinә әks olan istiqamәtdә cәrәyan buraxmaqla bәrpa olunur. Elektrik akkumulyatorunu 1900-cü ildә T.A. Edison ixtira etmişdir. Akkumulyator elektrolit mәhlulu içәrisinә daldırılmış iki elektroddan ibarәtdir; elektrodlar arasındakı potensiallar fәrqi akkumulyatorun EHQ-dir. Akkumulyator qoşulmuş elektrik dövrәsi qapandıqda kimyәvi reaksiya enerjisi elektrik enerjisinә çevrilir. Boşalmış (enerjisi tükәnmiş) akkumulyatoru doldurmaq üçün onu sabit cәrәyan mәnbәyinә qoşurlar. Akkumulyatorunu xarakterizә edәn göstәricilәr onun işlәmә müddәti (yaxud dolub-boşalma tsikllәrinin mümkün sayı), tutumu (boşalma zamanı akkumulyatorun verә bildiyi elektrik enerjisinin miqdarı), doldurulma vә boşalma vaxtındakı orta gәrginliyi vә enerjisidir. Elektrolit mәhluldan asılı olaraq, Akkumulyator turşu vә qәlәvili növlәrә ayrılır. Akkumulyatordan avtomobil nәqliyyatında, aviasiyada, kosmik aparatlarda, naviqasiya cihazlarında, rabitә qurğularında vә s. istifadә olunur.

Digər lüğətlərdə