AKTUALİZM

/ing. aktual, fran. aktual-müasir/ müasir geoloji və fiziki-coğrafi proseslərin öyrənilməsi və təhlili nəticəsində qədim dövrlərdə baş vermiş geoloji proseslər, fizikicoğrafi şərait barədə mühakimə yürütməyə imkan verən müqayisəli-tarixi tədqiqat metodu. актуализм аctualism
AKLİNA
AKVATORİYA
OBASTAN VİKİ
Aktualizm
Aktualizm (fəlsəfə)
Aktualizm (fəlsəfə)
Aktuallıq və ya Aktual informasiya – vacib və günün nəbzini tutan informasiyadır. == Aktuallıq jurnalistikada == Aktuallıq – jurnalistin hazırladığı materialın ən vacib tələblərindən biridir. Birbaşa onun vəzifəsi öz oxucularına, tamaşaçılarına, dinləyicilərinə onlara maraqlı olan, onların bilmədiklərini və ya az bildikləri məlumatları çatdırmaqdır. Ona görə də aktual mövzu nəinki fövqəladə məlumatlar radio, ekran və efir dalğalarında xəbərlər proqramında səslənən, həmçinin qəzet və jurnal səhifələrində oxucuları maraqlandıran olmalıdır. Psixoloqların fikrincə ailə, məişət və əyləncə bütün dövrlərdə ən aktual mövzulardır. Jurnalistin professionallığı hansı hadisənin həqiqətən daha vacib və aktual olduğunu bilmək və bunu hər kəs üçün aydın ola biləcək tərzdə göstərməkdir.
Aktualizm (geologiya)
Aktualizm — keçmişdə baş vermiş geoloji proses və hadisələri dərk etmək üçün müasir proseslərin tədqiqinə əsaslanan təlim. Lakin nəzərə almaq lazımdır ki, keçmişdə, xüsusilə müasir zamandan uzaq olan qədim dövrlərdə Yer səthində (və dərinlikdə) fiziki-coğrafi şərait və baş verən proseslər, qədimliyindən asılı olaraq, müasir zamandakından müəyyən dərəcədə fərqlənirdi. Təlimin əsasını İ. Valter qoymuş və sonralar Straxov (1945 və b.) tərəfindən inkişaf etdirilmişdir. Yerin geoloji həyatının müxtəlif tərəflərinə bu metodun tətbiqi məhduddur. Məsələn: aktualizm dərinlik proseslərinə, o cümlədən tektonik və maqmatik proseslərə tətbiq oluna bilməz. Çünki biz onların müasir dövrdə necə baş verdiyini bilmirik. Aktualizm tətbiqi paleontologiyada da olduqca məhduddur. Çünki üzvi aləmin inkişafı böyük sürətlə getdiyindən və orqanizmlərin şəraitə uyğunlaşması çox yüksək olduğundan müasir və qədim formaların müqayisəsi az inandırıcıdır və bir çox mübahisəli məsələlərin meydana çıxmasına səbəb olur. Aktualizm ən çox və effektiv tətbiq sahəsi litologiyadır. Müasir çöküntütoplanma prosesinin hər hansı dəqiqliklə öyrənilməsi və kifayət qədər dərk edilməsi, digər tərəfdən, Yer səthindəki fiziki-kimyəvi şəraitin təkamülü və uyğun olaraq çökmə prosesinin özünün yavaş təkamülü ilə izah edilir.

Digər lüğətlərdə