AKVARİUM

I
сущ. аквариум (сосуд для содержания и разведения водных животных и растений)
II
прил. аквариумный. Akvarium balıqları аквариумные рыбы
AKVARELÇİ
AKVATORİYA
OBASTAN VİKİ
Akvarium
Akvarium — balıqların və müxtəlif dəniz və şirin su hövzələrində yaşayan canlılar və bitkiləri saxlamaq üçün nəzərdə tutulmuş qablar və ya hovuzlar. == Tarixi == Çinlilərin balıqlara münasibəti də maraqlıdır. Şüşə qablarda çay və dəniz balıqlarını saxlamışlar. Birinci dəfə 1500-cü ildə Yaponiyaya akvarium çinlilər tərəfindən gətirilmişdir. Buradan da akvariumun dünya səyahəti başlamışdır. Amerika və başqa ölkələrə birinci dəfə buradan yol almışdır. Əldə olunan məlumata görə, bir amerikalı admiral Yaponiya imperatorunun ona bağışladığı iki cüt şələquyruq qızıl balığı Amerikaya gətirmək üçün hərbi gəmidən istifadə etmişdir. Amerikalı varlılar bu balıqları admiraldan almaq üçün çoxlu pul təklif etsələr də, admiral onları satmamışdı. Balıqların oğurlanmasından ehtiyat edən admiral xüsusi mühafizə dəstəsi düzəltmişdi. O, yalnız bir neçə ildən sonra, nəsil verib artıb çoxaldıqdan sonra balıqların hər birini çox baha qiymətə satmışdı.
Akvarium balıqları
Akvarium balıqları (ing. Aquarium fishery) — Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar. Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-dək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə aid balıqlardan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular kimi dəniz balıqları yetişdirilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq 3–5, bəziləri 15 ilədək yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
İstanbul Akvarium
İstanbul akvarium — dünyanın ən böyük tematik akvariumudur. İstanbul şəhərində yerləşir. Akvariumun içində 16 ayrı bölüm 64 ədəd hovuz var.
Akvarium (film, 1983)
Akvarium filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır. Uşaq rolunda Əmir Tağıyev çəkilib. 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir. == Məzmun == "Akvarium" poetik applikasiya filmidir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.
Kamo Akvariumu
Kamo Akvariumu (加茂水族館, Kamo Suizokukan) – Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən akvarium. Dünyada ən böyük meduzariumudur. Dünyanın ən zəngin meduza kolleksiyasına malik yer kimi 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Tarixi == 1930-cu ildə Yamaqata Prefektura Akvariumu kimi açılmışdır. Populyar yerlərdən birinə çevrilən akvarium ildə 200 mindən çox ziyarətçi cəlb edirdi. 1960-cı illərin ikinci yarısında akvarium yeni binaya köçürülmüş və Kamo Akvariumu adı ilə yenidən açılmışdır. Lakin 1990-cı illərin ikinci yarısında ziyarətçi sayı 100 minə düşmüşdür. Asiya dırnaqsız samuru və digər populyar dəniz canlılarının sərgilənməsi əvvəlki populyarlığı qaytara bilmirdi. 2000-ci illərdə akvarium meduzaların sərgilənməsinə əhəmiyyət verməyə başladıqdan sonra yenidən tanınmağa başlanmışdır. 2003-cü ildə meduzaların çoxaldılması üçün Tsuruoka Meduza Laboratoriyası yaradılmışdır.
Meduza akvariumu
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü. == Meduzariumlar == Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur. ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.

Digər lüğətlərdə