ala-ağ

ala-ağ
ala
ala-ala
OBASTAN VİKİ
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ala qaçuu
Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri. Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün. Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır. Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib. Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. == Tədbirin tarixi == Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi. Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir. 2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı.
Ala (Roma ordusu)
Ala (latın dilində: ala -hərfi mənada "qanad" falanqalarda legion süvarilərinin ənənəvi döyüş mövqeyinə görə belə adlandırılmışdır) - Roma ordusunda köməkçi süvari hissəsi. Sonralar Ala (Roma ordusu) əsasən müttəfiqlərin süvari hissələri əsasında təşkil olunurdu (ala sociorum). Ala süvari hüssələrindən ilk dəfə İmperator Sezarın qallara qarşı hərbi əməliyyatları zamanı istifadə olunmuşdur. Hər bir ala 10 turmadan ibarət olmuşdur. 500 atlıdan, prefekt istisna olmaqla, (atların ümumi sayı-504) ibarət olan ala quingenaria, 1000 atlıdan, prefekt istisna olmaqla (atların ümumi sayı-1090) milliaria adlanırdı. Ala quingenaria hər biri 10 döyüşçü və 1 zabitdən ibarət 3 dekuriyadən (onluq) təşkil olunmuş ibarət 16 turmaya, Ala milliaria isə prefektin (praefectus alae) komandanlığı altında 24 turmaya bölünürdü. Tarixçilərə görə möhkəmləndirilmiş hərbi düşərgədə 4 alae milliariae və 5 alae quingenariae yerləşirdi. Ala süvarisi alaris (alarius) adlanırdı. Döyüş dəvələrindən (alae dromedariae) ibarət alalar da mövcud olmuşdur. == Mənbə == Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Ala-Arça (milli park)
Qırğızıstanın Milli Təbii Parkı Ala-Arça (qırğ. Ала-Арча) — Qırğızıstanın paytaxtından 41 km məsafədə Qırğız silsiləsinin (Kirg. Qırğız Ala-Too) şimal yamacında 1600–4860 metr yüksəklikdə yerləşən parkdır. 2280 hektar ərazini əhatə edir. Qırğızıstanın Ala-Tu yüksəkliyindən başlayaraq, şimala doğru Ala-Arçinski dərəsinə doğru uzanır. Ala-arxa çayı parkdan keçir. Ala-arxa çayı parkın ərazisindən keçir. Parkın direktoru Qasımbəyov Marat Aşurbəyoviçdir. == Təsviri == Ala — rəngarəng, zolaqlı; arça — ardıc mənalarını verir. == Tarixi == Milli park Qırğızıstan SSR Nazirlər Sovetinin 29 aprel 1976-cı il tarixli fərmanı ilə 19.4 min hektar ərazidə yaradılmışdır.
Beynəlxalq Ala-Too Universiteti
Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin] Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur. Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə ​​qəbul olunurlar.
Ağ maddə
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Ağ quyruqsallayan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. == Təsviri == Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. == Qidalanması == Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Ağ saksaul
Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Botaniki xüsusiyyətləri == 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. == Haqqında == Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Ağ dünya
Ağ dünya tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər. == Məzmun == Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq.
Ağ işıq
Ağ işıq — Dalğa uzunluğu butun işıqların dalğa uzunluqlarından ibarət olan şüaya ağ şüa və ya ağ işıq deyilir. Ağ işığın tərkibində insan gözü ilə görünən 7 şüadan başqa infraqırmızı və ultrabənövşəyi şüalar da var. Qızdırılmış dəmir infraqırmızı şüa şüalandırır. Ağ işıq prizmadan keçdikdə rəngli spektr yaranır, çünki prizma işığı parçalayır.