alabalıq
alabəzəklik
OBASTAN VİKİ
Alabəzək usneya
Alabəzək usneya (lat. Usnea florida) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu kolşəkilli, dəstəvari-dikduran, uzunluğu 5-10 sm-ə qədər, sarı-yaşılımtıl, bozumtul –yaşıl rənglidir, dixomik yaxud simpodial şaxələnmişdir. Budaqları silindrik, qabıq təbəqəli, üst hissəsi sıx məməcik və fibrillərlə örtülüdür. Apotesilər çoxsaylıdır, diski açıq rəngli, kənarları kirpiklərlə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofitdir, sporla çoxalır. Antimikrob xüsusiyətinə görə qədim xalq təbabətində və tibdə dərman bitkisi kimi istifadə olunur. == Yayılması == Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğunda), Qusar rayonu (Hil kəndin cənub –qərb hissəsi), Göygöl rayonu (Göygöl Dövlət Təbiət Qoruğu 1700-1800m).
Alabəzək əqrəblər
Alabəzək əqrəb — Hörümçəkkimilər sinfinə aid tip == Haqqında == Alabəzək əqrəb, əqrəblər dəstəsinə aid olub təbiətdə çox geniş yayılmışdır. Bunlar sadə və çox qədim heyvanlar olduğuna görə onların quruluşunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Əqrəblər nisbətən iri olub, uzunluğu 10–13 sm -ə çatır. Bədən iki şöbədən ibarətdir. Baş – döş qarıncıq . Onların sərhədli bel tərəfdən aydın görünür. Baş-döş bel tərəfdən ümumi xitin qalxanla örtülmüşdür. Baş döşün üzərində karapaksin mərkəzində bir cüt median gözlər yerləşir. Bunlardan əlavə baş-döşün ön tərəfinin yanlarında bir neçə cüt göz vardır. Baş–döşün ventral hissəsi ətrafların əsas buğumları hesabına formalaşmışdır.
Alabəzək əzvay
Alabəzək əzvay (lat. Aloe striatula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Yalançı alabəzək kəpənək
Yalançı alabəzək kəpənək - (lat. Syntomis phegea) buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin syntomidae fəsiləsinə aid olan növ Yalançı alabəzək kəpənək, pulcuqluqanadlılar (Lepidoptera) dəstəsinin Syntomidae fəsiləsindən olub, qanadları açılmış halda 32–38 mm-dir. Kəpənəyin yırtıcı tırtıllarının təkipəksarıyanın yumurta və kiçik yaşlı tırtılları ilə qidalanması Qafqazda, o cümlədən Azərbaycanda ilk dəfə 1972-ci ildə Yalama meşə təsərrüfatlarında Zəkəriyyə Məmmədov, R.M.Əfəndi tərəfindən qeydə alımnmışdır. Sonralar 2004-2006-cı illərdə Şəki-Zaqatala bölgəsində təkipəksarıyana qarşı bioloji mübarizə məqsədilə arealdaxili köçürmə üsulu ilə onun tırtıllarından istifadə edilmişdir. Bu baxımdan Lənkəran bölgəsində pardığımız tədqiqatlara əsasən, alabəzək kəpənəyin tırtılları üzərində geniş müşahidələr və hesablama işlərinin aparılmasını məqsədəuyğun hesab etdik. Kəpənəklərin təbiətdə uçuşu may ayının axırından, avqust ayının axırınadək davam edir. Onlar meşənin tala hissələrində bitən gandalaş bitkisinin çiçəkləri ilə qidalanaraq cütləşirlər. Cütləşdikdən 5-6 gün sonra, meşə ağaclarının kök hissəsinə yaxın yem bitkiləri, ağacların gövdələrində olan mamırlar üzərinə qrup halında kiçik yumurtalar qoyurlar. Payıza yaxın, sentyabr ayının axırlarında yumurtalardan tırtıllar çıxmağa başlayırlar. Tırtıllar üçüncü yaş dövrünədək yem bitkiləri ilə qidalanırlar və sonra qışlamaya gedirlər.

Значение слова в других словарях