Allahın olsun!

have a heart! / for shame! / shame on you! / fie upon you! / it’s outrageous! / there is (that’s) a limit / for pity’s sake! побойся бога! (имей совесть, постыдись!)
Allahın heyvanı
Allahın suyu
OBASTAN VİKİ
Allahın Padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Allahın adları
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Allahın 99 adı

Allahın səltənəti qəlbimizdədir
"Allahın səltənəti qəlbimizdədir" (rus. Царство Божие внутри вас) Lev Tolstoyun yazdığı əxlaqi-mənəvi, qeyri-bədii əsərdir.Fəlsəfi bir traktat olan kitab ilk dəfə 1894-cü ildə Almaniyada, vətəni Rusiyada qadağan olunduqdan sonra nəşr edilmişdir. Bu kitab otuz illik Tolstoy təfəkkürünün son nöqtəsidir və xristianlığın ümumbəşəri sevgiyə yönəlmiş təfsiri əsasında cəmiyyət üçün yeni bir mütəşəkkillik yaradır. "Allahın səltənəti qəlbimizdədir", anti-zorakılıq və xristian anarxist hərəkatının tərəfdarları üçün əsas mətndir. Kitabın adı Luka 17: 21- dən başlayır. Kitabda Tolstoy, İsa Məsih tərəfindən öyrədildiyi kimi, zorakılıqla qarşılaşdıqda qeyri- zorakı müqavimət prinsipindən danışır. Məsih "digər yanağını çevir dedikdə", Tolstoy Məsihin zo müdafiə olunduqda belə zorakılığı ortadan qaldırmaq və intiqam almaqdan imtina etməyi iddia edir. Tolstoy, əhatə dairəsini məhdudlaşdırmağa çalışan Roma və orta əsr alimlərinin şərhini rədd edir: "Allahın əmrində insanları öldürməməlisiniz yazıla-yazıla siz necə insanları qətlə yetirirsiniz?" Tolstoy müharibə aparan bütün hökumətlərin xristian prinsiplərinə hörmətsizlik etməsi ilə bağlı fikir söyləyib. Rus Pravoslav Kilsəsi zamanında — Rusiya dövləti ilə birləşən və dövlətin siyasətini tam dəstəkləyən bir təşkilat olduğu üçün Tolstoy təlimlərini Məsihin həqiqi İncili olduğuna inanmaqdan, xüsusən də Dağdakı Xütbədən ayırmağa çalışırdı. Tolstoy anti-zorakılığın həllini millətçi bəlaların həllində və kilsənin riyakarlığını görmək üçün bir vasitə kimi müdafiə etdi.
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Tunc Allahın yükü
Tunc Allahın yükü (rus. Бремя бронзового бога) — Vahid Məmmədlinin “Tunc Mələk” və “Tunc Mələyin yolu” romanlarından ibarət, dünyada ilk qansız döyüş romanı olan dilogiyası. Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allahın yükü” əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap edib. Dilogiyanın hər iki romanı “İnsanın öz ağlından başqa onun qəlbinə və beyninə heç nə və kimsə hakim kəsilə bilməz” düşüncəsinə əsaslanır. Əsər qəhrəmanı Tunc Mələyin müharibə gedən İraqda istənilən situasiyada – yaraqlı terrorçuların milyonlarla pul tələb etmək üçün oğurladıqları biznesmen və jurnalisti azad etməsi, var-dövlət hərisliyindən ən yaxın adamlarını, polis əməkdaşlarını öldürənlərin, öz uğursuzluğunun qisasını yaşlı təqaüdçüdən alan qatilin aşkara çıxarılması üçün, böyük bir qoşunun qarşısında, hər addımda təhlükəylə üzləşsə də, bir güllə belə atmadan, qan tökmədən yalnız yüksək intellekti və ağlının gücü ilə bütün çətinlikləri dəf etməklə, tanımadığı, müxtəlif millətdən, dindən olan insanları xilas edib Tunc Mələk adını alan detektiv analitikin fəaliyyətindən bəhs edir. Hər iki romanın qayəsini təşkil edən, müəllifin “Bu dünyada heç kim mələk deyil, başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər” sözləri, təsadüfi deyil ki, dünyanın bir çox yerlərində müdrik kəlamlar toplularında, saytlarında yer alır. Dilogiyanın yalnız xeyirxahlığı və ağlının gücü ilə hər kəsə qalib gələn qəhrəmanı Tunc Mələk romanı bir detektiv, döyüş romanından çox, dünyanın bir çox mütərəqqi fəlsəfə və dünyagörüş məktəblərindən qaynaqlanan möhtəşəm ədəbiyyat nümunəsi kimi oxuculara sevdirir.
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Qəhrəmanlara Eşq Olsun! (1981)
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)

Allahın adı ilə (film, 2013)
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Məhəmməd: Allahın Elçisi (film, 2015)
Məhəmməd: Allahın elçisi (fars. محمد رسول‌الله‎) — 2015-ci ildə istehsal olunmuş İran filmi. Film, 7-ci əsrdə Məkkədə, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin uşaqlıq və ilk gənclik dövründə ətrafında inkişaf edən hadisələri mövzu əldə edir. Filmin ilk gösterimi 12 Fevral 2015-ci ildə İranda reallaşdırıldı. 27 Avqustda Montreal Dünya Film Festivalında dünya premyerası edən film, 88. Akademiya Mükafatları, Xarici Dildə Ən Yaxşı Film Akademiya Mükafatı üçün namizədliyi irəli sürüldü. İran kinosunda bu günə qədərki ən yüksək büdcəli filmdir. Əbrəhənin fillərdən ibarət ordusuyla Məkkəyə hücumu səbəbi ilə narahat olan Məkkə xalqı çarəsizdir. Məhəmmədə hamilə olan Aminə geri qalan Məkkə xalqı kimi qaçıb dağlara saxlanılması. Əbrəhə heç kimsənin olmadığı şəhəri asanca ələ keçirə biləcəyini düşünür ancaq fillər Məkkəyə doğru irəliləyə bilməz.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az-əbcəd. او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az-əbcəd. مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir.
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Əməyə eşq olsun (film, 1950)
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
O olmasın, bu olsun (film)
O olmasın, bu olsun — 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Əli Zeynalov — Sərvər (Arif Mirzəquliyev) Leyla Bədirbəyli — Gülnaz (Tamara Gözəlova) Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.
O olmasın, bu olsun (film, 1956)

Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)