Alpha

das; -(s), -s yunan əlifbasının birinci hərfi, alfa
Alpenveilchen
Alphabet
OBASTAN VİKİ
Alpha Data
Alpha Go
AlphaGo — Qo oyununu oynayan kompüter proqramı. O, Alphabet şirkətinin Londondakı törəmə şirkəti olan Google DeepMind tərəfindən yaradılıb. 2015-ci il oktyabr ayında AlphaGo tam 19x19 ölçülü lövhədə peşəkar Go oyunçuya qalib gələn ilk kompüter Go proqramı olur. 2016-cı il mart ayında 9-cu dan peşəkar Li Sedolu məğlub edir. Li Sedol ilə 4-cü oyunu uduzmasına baxmayaraq, 5-ci oyunda Lini yenidən məğlub edərək, 4–1 hesabı ilə qələbə qazanır. Bu qələbə münasibətilə AlphaGo Korea Baduk Assosiyası tərəfindən 9-cu danla mükafatlandırlır. Li Sedol ilə olan oyun əsasında Greg Kohs tərəfindən AlphaGo adlı sənədli film də hazırlanmışdı. 2017-ci ildə Future of Go zirvə görüşündə, AlphaGo o vaxtı, dünyada 1-ci yerdə olan, Ke Jie-ni üç oyunluq oyunda məğlub edir. Bu oyundan sonra AlphaGo Çinin Weiqi Assosiyası tərəfindən 9-cu dan ilə mükafatlandırılır. Bu oyundan sonra AlphaGo artıq kareyarasını başa vurur, Google DeepMind süni intellektin digər sahələrində araşdırmalara davam edir.
AlphaGo

Alphabet — baş ofisi Mauntin-Vyuda yerləşən Amerikan çoxmillətli texnologiya konqlomeratı. 2 oktyabr 2015-ci ildə "Google"un yenidən təşkil olunması yolu ilə yaradılıb və "Google"un və bir neçə keçmiş "Google" törəmə şirkətinin ana şirkəti olub. "Alphabet" gəlirlərinə görə dünyanın üçüncü ən böyük texnologiya şirkəti və dünyanın ən varlı şirkətlərindən biridir. O, "Amazon", "Apple", "Meta" və "Microsoft" ilə yanaşı Amerikanın böyük beş informasiya texnologiyası şirkətlərindən biri hesab olunur. "Alphabet"in yaradılmasına internet xidmətlərindən kənar bizneslərdə fəaliyyət göstərən qrup şirkətlərinə daha çox muxtariyyət verməklə yanaşı, əsas "Google" biznesini "daha təmiz və daha məsuliyyətli" etmək istəyi səbəb oldu. Təsisçilər Larri Peyc və Sergey Brin 2019-cu ilin dekabrında icraçı vəzifələrindən istefa verdiklərini və baş direktor vəzifəsini "Google"un baş direktoru Sundar Piçayın yerinə yetirəcəyini elan etdilər. Peyc və Brin "Alphabet"in işçiləri, idarə heyəti üzvləri və nəzarətçi səhmdarları olaraq qalacaqlar. 10 avqust 2015-ci ildə "Google", "Alphabet" adlı yeni ictimai holdinq yaratmağı planlaşdırdığını elan etdi. "Google"un həmtəsisçisi və baş direktoru Larri Peyc bu barədə "Google"un rəsmi bloqunda dərc etdiyi bloq yazısında bildirib. "Alphabet", "Google"un törəmə şirkətlərini "Google"dan "Alphabet"ə köçürməklə "Google"u yenidən təşkil etmək üçün yaradılıb və bununla da "Google"un əhatə dairəsini daraldıb.