Amfibolit
Amfibolit — amfibol, plagioklaz və aşqar minerallardan təşkil olmuş ortadənəli metomorfik süxur amfibolit olan adi hornblend, metomorfizmin daha aşağı temperaturlu pillə amfibollarından olduqca mürəkkəb tərkib və alüminium oksidinin yüksək miqdarı ilə fərqlənir: plageoklaz adətən andezinə müvafiq olur. Metamorfizmin yüksək pillə süxurlarının bir çoxundan fərqli olaraq amfibolit heç də həmişə aydın şistvari tektstura müşahidə edilmir. Amfibolit qranoblast və ya (hornblend şistləşmə üzrə uzunsov kristallar əmələ gətirməyə meyil etikdə) qeyri-metoblast və hətta febroblast quruluşlu olurlar. Amfibolit həm əsasi tərkibli püskürmə süxurları (qabbro, diabazlar, bazaltlar və b.), həm də mergel tərkibli çökmə süxurların hesabına əmələ gələ bilər. Qabbroya keçid növlər qabbro-amfibolitlər adlanır və relikt qabbro quruluşu ilə səciyyələnirlər. Ultraəsasi süxurlar hesabına yaranan amfibolit üçün adətən plagioklazların olmaması və Mg ilə zəngin olan hornblendlərdən (antofillit, jedrit) təşkil olunması səciyyəvidir.
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.