AMİR

[ər.] сущ. амир, эмир гудайди, буйругъ гудайди, буюрмишдайди; чӀехиди.
AMİNXAN
AMİRLİK
OBASTAN VİKİ
Amir-Kort
Amir-Kort (çeç. Iамир-Корт, Ӏаьмиран корта) — Dağıstanın Kazbekov rayonu ilə Çeçenistan Respublikasının Nojay-Yurtov rayonu sərhəddində yerləşən dağ zirvəsi. Dəniz səviyyəsindən hündürlüyü 1061 metr; Çeçen dilindən tərcüməsi Amir zirvəsi. == Haqqında == === Adı === Dağın adı mifik narta Amira ilə bağlıdır. Amira Çeçenistanın Prometeyidir. Amira Narta obrazı - Amirani - Gürcüstan mifologiyasına geniş şəkildə nüfuz etmişdir. === Tarixi === Amir-korta rayonunda monqol-tatar qoşunları ilə çeçenlər-auxovlular arasında gərgin döyüşlər baş vermişdir. Bu döyüşlərin gedişində sonuncunun köməyinə lak döyüş dəstələri gəlmişdir. Bu döyüşlərdə auxovlu rəhbər Yanbek həlak olmuşdur. Döyüşün nəticəsində monqol-tatar qoşunları böyük itkilər verərək döyüş meydanını tərk etmişdilər.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Amir Eşel
Amir Eşel (ivr. ‏אמיר אשל‏‎; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur. == Həyatı == 1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997-1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir. Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır.
Amir Haddad
Lorent Amir Xlifa Xedider Haddad (ivr. ‏לורן עמיר חליפה חדידר חדד‏‎; 20 iyun 1984, Sarsel) və ya sadəcə Amir Haddad (ivr. ‏עמיר חדד‏‎) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Əli Amir
Əli Amir (26 sentyabr 1937, Bağdad) — Məşhur İsrail yazıçısı Əli Amir 1937-ci ildə Bağdadda anadan olub. Əli Amir uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köç edib. O, Mişmar Haemek Kibutzunda tərbiyə alıb. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. 1980-ci illərdə ədəbiyyat dünyasına atılan Əli Amir tezliklə böyük şöhrət qazanır, qələmə aldığı "Göyərçin uçuran", "Günah keçisi" və "Jasmin" romanları böyük səs-küy doğurur. "Günah keçisi" eyni zamanda bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Təsadüfi deyil ki, bu roman bir çox mükafatlara layiq görülmüş, məktəb proqramlarına daxil edilmişdir. Əli Amir geniş ictimai fəaliyyəti olan bir yazıçıdır, öz həyatını İsrail dövlətində yəhudilərlə ərəblərin qarşılıqlı münasibətləri probleminə həsr edib. O, ölkəyə yeni köç edənlərin təlim və təhsili məsələlərini həll etməklə məşğul olmaqdadır. Yazıçının sonuncu romanı olan "Jasmin" bütün Yaxın Şərq ölkələrində ən çox satılan kitablar siyahısındadır.
Bande-Amir Milli Parkı
Bandi-Amir Milli Parkı (fars. بند امیر‎) — Əfqanıstanın ilk və yeganə milli parkı. Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir. Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir. == Tarix == Ətraflı bax: Əfqanıstan tarixi "Bandi-Amir" sözü hərfi tərcümədə "Əmirin bəndi" deməkdir və bu adın müsəlmanların 4-cü xəlifəsi Əli ilə əlaqədar olduğu hesab olunur. Ərazidə etnik həzaralar üstünlük təşkil etmişlər. Həzaralar Əfqanıstan əhalisinin 8–15 %-ni təşkil edirlər və demək olar ki, hamısı şiədir.
Bandi-Amir Milli Parkı
Bandi-Amir Milli Parkı (fars. بند امیر‎) — Əfqanıstanın ilk və yeganə milli parkı. Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir. Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir. == Tarix == Ətraflı bax: Əfqanıstan tarixi "Bandi-Amir" sözü hərfi tərcümədə "Əmirin bəndi" deməkdir və bu adın müsəlmanların 4-cü xəlifəsi Əli ilə əlaqədar olduğu hesab olunur. Ərazidə etnik həzaralar üstünlük təşkil etmişlər. Həzaralar Əfqanıstan əhalisinin 8–15 %-ni təşkil edirlər və demək olar ki, hamısı şiədir.
Hənzələ ibn Əbu Amir
Hənzələ ibn Əbu Amir (v. 23 mart 625, ərəb. ﺣﻨﻈﻠـة ﺍﺑﻦ ﺍﺑﻲ ﻋﺎﻣﺮ‎) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. Ənsarın Bənu Övs qəbiləsindən idi. Onun atası Əbu Amirin xristian olduğu deyilirdi. Hənzələ Uhud döyüşündə müşriklərlə vuruşarkən həlak olanda cəmi 24 yaşında idi. Hənzələ piyada olduğu üçün Əbu Süfyan ibn Hərbin atına hücum edir. Bununla belə Əbu Süfyan ibn Hərb Şəddad ibn Əsvəd tərəfindən döyüşdə şəhid edilir. Hənzələ ilk toy gecəsində Abdullah ibn Üveyin qızı, həyat yoldaşı Cəmilədən ayrılaraq Cihadın çağırışına cavab vermək üçün döyüş meydanına getmişdir. Bu zaman cunub olmasına baxmayaraq qüsl almağa vaxtı olmamışdır.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Amirabad-i Qalalan (Qürvə)
Amirabad-i Qalalan (fars. امير آباد قلعه لان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (53 ailə). Əhalisini kürdlər təşkil edir.
Amiran
Amiran Qamğrelidze – gürcü həkim. Cehel Amiran (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Cehel Amiran (Cəng Almaz) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Amiran Babayev
Amiran Qamğrelidze
Amiran Qamğrelidze (gürc. ამირან გამყრელიძე; 24 yanvar 1951, Tbilisi) – gürcü həkim, 29 dekabr 2001-ci ildən 2003-cü ilin noyabr ayının 27-dək Gürcüstanın səhiyyə naziri. Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru. Tibb elmləri doktoru, Gürcüstan Universitetinin tam professoru. Avropa Allergiya və Tədqiqat İmmunologiya Akademiyasının üzvü, Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstandakı proqram koordinatoru. == Bioqrafiyası == Amiran Qamğrelidze 1951-ci ilin 24 yanvar tarixində Tbilisidə anadan olub. Tbilisi 4 nömrəli ictimai məktəbini bitirib. 1974-cü ildə Tbilisi Dövlət Tibb İnstitutunu bitirib. 1978-ci ildə həmin institutun Allerqologiya şöbəsinin baş laborantı təyin edilib; 1991-1996-cı illərdə Tibb Universitetinin Tədqiqat və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası şöbəsinin müdiri, 1988-1996-cı illərdə Tbilisi Dövlət Tibb Universitetinin Kliniki və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası departamentinin başçısı olmuşdur. 1995-1997-ci illərdə Səhiyyə İdarəetmə Milli Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
Amirani
Amirani (ing. Amirani) — Amirani və ya Amiran (gürcü: ამირანი) — klassik Prometeyi xatırladan gürcü eposunun mədəniyyət qəhrəmanının adıdır. Mifin müxtəlif versiyaları, mifin zamanla necə çevrildiyini ortaya qoyur, ancaq əfsanənin özü eramızdan əvvəl təxminən 3000–2000-ci illər arasında ilk Dəmir dövrünün əvvəllərində izlənilə bilər, mifdə olduğu kimi Demiurq Amirani insanlığı təmsil edərək Tanrıya meydan oxuyur. Prometey kimi lənətlənmiş iti Kurşskiy ilə birlikdə Qafqazda cəzalandırılır və daha sonra da zəncirlənir. Prometey mifi kimi qey olunmuşdur ki, Amirani qartal qaraciyərini gündüz yeyir, gecələr də özünü sağaldırmış. == Tarixi == Amirani, Qafqaz ovu ilahəsi Dalinin oğlu idi, ancaq vaxtından əvvəl anasının qarnından çıxarıldı və ovçu Sulkalmaks və həyat yoldaşı Darejanın himayəsində onlarında iki oğlu olan Badri və Yusup ilə birlikdə böyüdüldü. Bərabər böyüyən bu igidlər pis ruhlarla mübarizə aparmağa başladılar və başları ilana çevrilən üç başlı nəhəngi məğlub etdilər. Amirani əjdahalarla mübarizə aparan zaman Qara Əjdaha tərəfindən udulur. Daha sonra Amirani əjdahanın qarnını kəsib çıxır. Gəlin axtarışında digər pis ruhlarla mübarizə apararkən, iki ölümcül qardaşı öldürüldü və Amirani intihar etmək istədi, amma dəhşət içində həyata qayıtdığını anladı.
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.
Amirilər
Cehel Amiran (Bicar)
Cehel Amiran (fars. چهل اميران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Cehel Amiran (Cəng Almaz)
Cehel Amiran (fars. ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
John Naimi Amiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Kiriakos Amiridis
Kiriakos Amiridis (ö. dekabr 2016, Braziliya) — Yunanıstan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (yanvar 2016 – dekabr 2016). == Vəfatı == 2016-cı ilin son günlərində Kiriakos Amiridisin icarəyə götürdüyü avtomobil yanmış vəziyyətdə tapılıb. Polis maşında onun yanmış cəsədini aşkarlayıb.
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Çabua Amirecibi
Çabua Amirecibi (Gürcücə: მზეჭაბუკ "ჭაბუა" ამირეჯიბი / Mzeçabuk "Çabua" Amirecibi"; 18 noyabr 1921, Tiflis, Gürcüstan SSR – 12 dekabr 2013, Tbilisi) — gürcü yazıçısı. Amirecibinin ən məşhur romanlarından biri "Data Tutaxşia"ya film də çəkilib. Əsər inqilabaqədərki Gürcüstan cəmiyyətindən bəhs edir. İki qardaşın mürəkkəb münasibətləri, həqiqət axtarışları, taleləri haqdadır. Zadəgan nəslindən olan, düşündüyünü deməkdən çəkinməyən Amirecibi sovet dövründə təqib edilib. Silahlı üsyan təşkilatçılığında suçlanıb. İki dəfə vətən xaini elan edilib, güllələnmə cəzası alıb, 3 ay ölüm kamerasında yatıb. Ona kəsilmiş həbs cəzası hökmlərini toplayanda 83 il edir. Əsərlərinə senzorlar daim problem yaradıb. 70-ci illərin ortalarında "Data Tutaxşia"nı çapa təqdim edəndə də belə demişdi: "İnanmıram ki çap edəsiniz, amma 15 ildən sonra bu əsər klassika olacaq".
Şalva Amiranaşvili
Şalva Amiranaşvili (gürc. შალვა ამირანაშვილი; 26 mart (7 aprel) 1899, Kutaisi quberniyası – 9 fevral 1975, Tbilisi) gürcü sənət tarixçisi, Gürcüstan sənətinin sistematik şəkildə elmi müalicəsi ilə məşğul olanlardan biri idi. 1991-ci ildə ölümündən sonra, adını 1939–1975-ci illərdə 36 il rəhbərlik etdiyi Gürcüstan İncəsənət Muzeyinə verdilər. Amiranaşvili, kiçik dağlıq Gürcüstanın Oni şəhərində (o vaxtlar Kutais qubernatorluğunun, Rusiya imperiyasının bir hissəsi) yerli müəllim ailəsində anadan olub. 1922-ci ildə yeni qurulmuş Tbilisi Dövlət Universitetinin (TDU) ilk məzunlarından biri idi. İki il Moskva və Leninqradda yaşadıqdan sonra, Rus və Bizans sənətləri üzrə ixtisaslaşmış Amiranaşvili TDU və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1925-ci ildə TDU-da Tarix və İncəsənət Nəzəriyyəsi şöbəsinə rəhbərlik etmiş və 1936-cı ildə professor elmi dərəcəsi qazanmışdır. 1939–1975-ci illərdə Gürcüstan İncəsənət Muzeyinin direktoru idi. 1921-ci ildə Bolşevik Sovet hökuməti tərəfindən Gürcüstan ələ keçirildikdən sonra 1945-ci ildə Fransaya köçürülmüş gürcü antikalarının geri qaytarılmasına nəzarət etmək üçün Parisə göndərilmişdir. Amiranaşvili 1943-cü ildə Sovet Elmlər Akademiyasının müxbir üzvü, 1955-ci ildə Gürcüstan Elmlər Akademiyasının üzvü, 1957-ci ildə Sovet Muzeyləri Milli Komitəsi və Beynəlxalq Muzeylər Şurasının üzvü seçildi.
Amira (kommuna)
Eskranyol (fr. Escragnolles) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 25,48 км², əhalisi 505 nəfərdir (2006) artım tendensiyası ilə: 620 nəfər (2012), əhalinin sıxlığı 24,3 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 607 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 620 nəfər.
Artyun Amira Bezciyan
Artyun Amira Bezciyan (erm. Յարութիւն Պէզճեան; 10 aprel 1771 – 3 yanvar 1834) Kazaz Artin kimi də tanınır. Osmanlı ermənilərindən olan xeyriyyəçi, tacir, maliyyəçi, məsləhətçi və Surb Prkiç erməni xəstəxanasının yaradıcısıdır. == Həyatı == Artyun Bezciyan Yenikapı kvartalında erməni mənşəli ailənin övladı olaraq dünyaya gəlmişdir. Yerli Qumqapı Erməni Məktəbini bitirmiş və atası ilə birlikdə ipək ticarətinə başlamışdır. Osmanlı zərbxanasına rəhbərlik edən erməni ailəsi olan prestijli Düzyan Ailəsində işləyərkən tezliklə Osmanlı sarayı ilə tanış olmuşdur. Müxtəlif yüksək rütbəli Osmanlı məmurlarının etimadını qazandıqdan sonra II Mahmudun iqtisadi və şəxsi məsləhətçisi olmuşdur. II Mahmudun razılığı ilə Bezciyan rütbələrdə yüksəlmiş və Osmanlı xəzinəsinin zərbxana müdiri olmuşdur. O, Türkiyə Erməniləri Yeparxiyasının binası və Yeparxiya kafedralı olan Surp Asdvadzadzin Patriarx Kilsəsinin ianə layihəsinə başlamışdır. O, Bəyoğluda bir neçə erməni qız məktəbindən əlavə, Bezciyan erməni məktəbi, Arakelots Azkayin, Boğosyan, Varvaryan, Topqapı və Eyüphandakı Bezciyanın yaradıcısıdır.

Значение слова в других словарях