Alfred Amtman-Briyedit
Alfred Amtman-Briyedit – latış aktyoru, rejissor və pedaqoq, professor (1949).
Alfred Amtman-Briyedit 1903-cü ildə Səhnə fəaliyyətinə başlamışdır. 1919-cu ildən Latviya dram teatrında işləmişdir (1944-cü ildən bədii rəhbər, 1949-cu ildən baş rejissor). Amtman latış teatrının görkəmli realist aktyorlarındandır. İndulis (“İndulis və Ariya”, Y. Raynis), Atvasar (“Gil və çini”, A.P. Qriqulis), Knurov (“Cehizsiz qız”, A. Ostrovski) və s. “Balıqçı oğlu” (1949, V. Latsis), “Yaşıl torpaq” (1950; A. Upit), “İosif və onun qardaşları” (1956; Y. Raynis) və s. əsərləri tamaşaya qoymuşdur.
1953cü ildə - SSRİ xalq artisti.
1948, 1950, 1951ci illərdə - SSRİ Dövlət mükafatı laureatı.