ANEMOMETR

küləyin sürətini təyin edən cihaz.
ANEMOQRAF
ANOMALİYA
OBASTAN VİKİ
Anemometr
ANEMOMETR – küləyin və qaz axınlarının sürətini ölçən cihaz. Küləyin sürəti fırlanğıcın dövrlər sayı ilə (Fuss Anemometri), manometrik (Pito borusu) və termoelektrik üsulla ölçülür. Əl Anemometrindən, anemoqrafdan və anemorumbometrdən daha cox istifadə edilir. Anemoqraf küləyin sürətini fasiləsiz qeyd etmək, anerorumbometr isə küləyin istiqamətini təyin etmək üçundur. Anemometrin əsas növləri qanadlı, fincanlı və manometrik Anemometrdir. Qanadlı Anemometr ventilyasiya sisteminin boru və kanallarında havanın istiqamətlənmiş axın sürətini; fincanlı Anemometr küləyin orta (müəyyən zaman intervalında) sürətini; manometrik Anemometr küləyin ani sürətini təyin etmək üçündür. Külək sürətinin təhlükəli təsirini və ani şiddətinin davametmə müddətini müəyyənləşdirmək və bununla əlaqədar gözlənilən qəzaya qarşı uyğun qurğuları işə salmaq üçün siqnal qurğulu avtomatik Anemometrlərdən də istifadə edilir. Ölçmə xətası 0,05–0,1 m/saniyyədir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).

Digər lüğətlərdə