anilik
Anju
OBASTAN VİKİ
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Anje (rayon)
Anje (fr. Angers) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Men və Luara. Suprefektura — Anje. Rayonun əhalisi 2006-cı ildə 383,063 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 180 adam / kv². Rayon ərazisi — 2127 km².
Anje Tavçar
Anje Tavçar (2 dekabr 1994, Lyüblyana) — Sloveniyalı üzgüçü. Anje Tavçar Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anje Tavçar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.38 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anje Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Anjela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Anjela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944[…], Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Anjela Doroqan
Anjela Doroqan (d. 2 noyabr 1989; Kişinyov, Moldova) — Azərbaycanı təmsil edən Moldova əsilli qadın güləşçi. Anjela Doroqan 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi və qızıl medal qazandı. == Həyatı == Anjela Doroqan 2 noyabr 1989-cu ildə Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olub. == Karyerası == Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı. Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Anjelika Savrayuk
Anjelika Savrayuk (23 avqust 1989, Lutsk) — Ukrayna əsilli İtaliyanı təmsil edən bədii gimnast. Anjelika Savrayuk İtaliyanı 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Anjelika Savrayuk birinci dəfə Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Elisa Blançi ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Anjelika Savrayuk qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Elisa Blançi və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Anjelika və Sultan (film, 1968)
Anjelika və Sultan (fr. Angelique Et Le Sultan) — 1968-ci ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. "Anjelika və Sultan" filminin heyətini şəxsən Tunisin ilk prezidenti Həbib bin Əli Burqiba qarşılamışdır. Sultanın rolunu isə görkəmli Tunis aktyoru Əli Ben Ayed canlandırmışdır. == Məzmun == Filmin əvvəlki hissəsində Anjelikanı qaçırdaraq gəmi ilə aparırlar. Joffrey de Peyrak isə şəxsi gəm heyəti ilə onları izləməyə başlayır. Joffrey de Peyrak gəmini ələ keçirir, lakin Anjelikanın burada olmadığını görür. Dəstələr Anjelikanı sultanın hərəmxanasına aparmışlar. Bunu başa düşən Joffrey de Peyrak dəstələrin izi ilə düşüb, uzun və ağır sınaqlardan keçməyə məcbur olur... == Həmçinin bax == Anjelika, mələklər markizası [[Fransa[ filmlərinin siyahısı]]İtaliya filmlərinin siyahısıAlmaniya Federativ Respublikası filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Filmi izlə (azərbaycan dilində) Anjelika və Sultan — Internet Movie Database saytında.
Anjeliki Qerolimu
Anjeliki Qerolimu (22 iyun 1982, Patras) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Anjeliki Qerolimu, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Anjelo Skyavio
Angelo Schiavio (it. Angelo Schiavio; 15 oktyabr 1905, Boloniya – 17 sentyabr 1990, Boloniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub . == Karyera == Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur.
Anjen
Anjen (fr. Engins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 2007-ci il üçün əhalisi 481 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Anjero-Sucensk
Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min (2004). Dəmiryol stansiyası (Anjerskaya). 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri, muzey var.
Anjey Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Maya Anjelu
Maya Anjelu (doğum adı Marqarita Enn Conson; 4 aprel 1928[…], Sent-Luis, Missuri – 28 may 2014[…]) – Amerikalı şairə. O, alim Con Brekston tərəfindən "ən məşhur qara dərili qadın" adlandırılmışdır.[mənbə göstərin] == Yaradıcılığı == Maya Anjelu öz uşaqlıq həyatından və ilkin böyük həyatından bəhs edən altı cildlik avtobioqrafik əsərləri ilə məşhurdur. Məhz bu ssər ona beynlxalq şöhrət gətirdi və Milli Kitab Mükafatına namizəd kimi təqdim edildi. Pulitser Mükafatı laureatıdır. == Ədəbiyyat == Angelou, Maya (1969). I Know Why the Caged Bird Sings. New York: Random House. ISBN 0-375-50789-2 Angelou, Maya (1984). "Shades and slashes of light". In Black women writers (1950–1980): A critical evaluation, Mari Evans, ed.
Sen-Jan-d’Anjeli (rayon)
Sen-Jan-d’Anjeli (fr. Saint-Jean-d’Angély) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Şaranta. Suprefektura — Sen-Jan-d’Anjeli. Rayon əhalisi 2006-cı ildə 51 681 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 36 nəf / km². Rayon sahəsi — 1442 km².
Sent-Anjel (Alye)
Sent-Anjel (fr. Saint-Angel) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şərqi Monlüson kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03217. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 476 nəfər arasında (15-64 yaş) 364 nəfər iqtisadi cəhətdən fəal, 112 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.5%, 1999-cu ildə 70.0%). Fəal olan 364 nəfərdən 344 nəfər (181 kişi və 163 qadın), 20 nəfər işsiz (5 kişi və 15 qadın) idi. Aktiv olmayan 112 nəfər arasında şagird və ya tələbə, 47 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Anjela Volkova
Anjela Volkova (29 iyun 1974) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Anjela Volkova 1974-cü il iyunun 29-da anadan olub. == Karyerası == Anjela Volkova 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya), 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
гёрлфре́нд ночле́жник обша́рпать подкопи́ться притемни́ть расслабля́ться сенте́нция у́личная внешта́тник высокомолекуля́рные соединения дря́блый кольну́ть маги́стерство ще́дро back-blocks chinse circle around dog-legged staircase drive along goudron jointer majorette one zendo клеврет