ANJU

is. \[yun. angeion "damar"\] tib. Angioqrafiyanın qısa, danışıq forması.
ANEMOFİLİYA
ANKLAV
OBASTAN VİKİ
Anju (İzer)
Anju (fr. Anjou) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusillyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38009. Kommunanın 1999-cu il üçün əhalisi 809 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 362 ilə 825 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Anju adaları
Anju adaları (saxa Анжу арыылара) — Yeni Sibir adalarının mərkəzi hissəsində yerləşən adaları əhatə edir. Qrupa Belkovski adası, Yeni Sibir və Kotelnı. Qrupun ümumi sahəsi 29 min km² təşkil edir. Adalar Ust-Lekski qoruğu ərazisinə daxildir. Adalar qrupu rus araşdırmaçısı Pyotr Fyodoroviç Anjunun şərəfinə adlandırılmışdır. O, bu adaları 1821—1823-ci illərdə araşdırmışdır. Adaları ilk dəfə İvan Lyaxovski 1772—1773-ci illərdə (Kotelnı) və digərlərini isə Yakov Sannikov 1805-ci ildə (Faddeevski, Stolbovoy). Relyefi düzənlikdir. Əsasən 60—80 metr arasında dəyişir. Ən hündür dağı Malakatın-Tasdır ki (361 m) o da Kotelnı adasında yerləşir.
Vil-suz-Anju
Vil-suz-Anju (fr. Ville-sous-Anjou) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38556. Kommunanın 1999-cu il üçün əhalisi 1009 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 186 ilə 401 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 75 km qərbdə yerləşir.
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası. Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nikahdan 5 övladı dünyaya gəldi: İzabella (1292–1309) VI Filipp Valualı Janna (1294–1352) Valualı Marqarit (1295–1342) II Karl (1297–1346) Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries.
Anjuan
Anjuan və yaxud Ndzvani (kom. Ndzwani, fr. Anjouan, ərəb. أنجوان‎‎) — Hind okeanında Komor adaları qrupunda yerləşən ada. Ndzuani muxtariyyət vahidi kimi Komor adalarına daxildir. İnzibati mərkəzi və ən böyük şəhəri Mutsamududur. Eyni adlı ərazisində 2007-2008-ci illərdə tanınmamış separatçı dövlət olub. Mohamed Bacar rəhbərlik etdiyi bu qondarma dövlət Afrika Birliyi və Komor adalarının birlikdə apardığı hərbi əməliyyatla ləğv edildi. Bacar Mayotta adasına qacaraq canını qurtardı. Bu əməliyyatlar zamanı 3 nəfər öldü, 11 dinc sakin olmaqla 21 nəfər yaralandı və 100 nəfər həbs edildi.
Anjulu Marqarit
Anjulu Marqarit (fr. Marguerite d'Anjou) (23 mart 1430 – 25 avqust 1482) — İngiltərə kralı VI Henrinin xanımı olması səbəbilə İngiltərə və Fransa (de-yure) kraliçası. Neapol kralı I Rene və Lotaringiyalı hersoqinası İzabellanın qızı olaraq Lotaringiya torpaqlarında dünyaya gəldi. Gül müharibəsi olaraq bilinən taxt mübarizəsinin ilk illərində mühüm rol oynadı və bir müddət Lankaster fraksiyasına da rəhbərlik etdi. Bir çox mənbələrdə kişi kimi mərd və cəsur olduğu qeyd olunur. Ərinin əqli xəstəliyi səbəbilə Marqarit uzun müddət onun yerinə dövləti idarə etdi. 1455-ci ilin mayında çağırdığı yeni məclislə, başda Yorklu Riçard olmaqla, bütün York ailəsinin mənsublarını dövlət idarəsindən uzaqlaşdırdı. Onun bu hərəkəti York və Lankaster ailələri arasında düşmənliyə səbəb oldu və yeganə oğlu olan Eduardın 1471-ci ildə ölməsi ilə nəticələndi. 1471-ci ildə Lankasterlərin məğlubiyyətinin ardından Marqarit əsir alındı və 4 illik əsarətin ardından bibisi oğlu olan Fransa kralı XI Lüdoviqin pul ödəməsiylə bağışlanaraq Fransaya göndərildi. Burada kralın kasıb qohumu olaraq yaşadı və 52 yaşında burada vəfat etdi.
Ndzvani (Anjuan)
Anjuan və yaxud Ndzvani (kom. Ndzwani, fr. Anjouan, ərəb. أنجوان‎‎) — Hind okeanında Komor adaları qrupunda yerləşən ada. Ndzuani muxtariyyət vahidi kimi Komor adalarına daxildir. İnzibati mərkəzi və ən böyük şəhəri Mutsamududur. Eyni adlı ərazisində 2007-2008-ci illərdə tanınmamış separatçı dövlət olub. Mohamed Bacar rəhbərlik etdiyi bu qondarma dövlət Afrika Birliyi və Komor adalarının birlikdə apardığı hərbi əməliyyatla ləğv edildi. Bacar Mayotta adasına qacaraq canını qurtardı. Bu əməliyyatlar zamanı 3 nəfər öldü, 11 dinc sakin olmaqla 21 nəfər yaralandı və 100 nəfər həbs edildi.

Digər lüğətlərdə