Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Anje (rayon)
Anje (fr. Angers) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Men və Luara. Suprefektura — Anje. Rayonun əhalisi 2006-cı ildə 383,063 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 180 adam / kv². Rayon ərazisi — 2127 km².
Anje Tavçar
Anje Tavçar (2 dekabr 1994, Lyüblyana) — Sloveniyalı üzgüçü. Anje Tavçar Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Anje Tavçar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.38 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anje Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Anjen
Anjen (fr. Engins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 2007-ci il üçün əhalisi 481 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Anjey Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Sent-Anjel (Alye)
Sent-Anjel (fr. Saint-Angel) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şərqi Monlüson kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03217. 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 476 nəfər arasında (15-64 yaş) 364 nəfər iqtisadi cəhətdən fəal, 112 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.5%, 1999-cu ildə 70.0%). Fəal olan 364 nəfərdən 344 nəfər (181 kişi və 163 qadın), 20 nəfər işsiz (5 kişi və 15 qadın) idi. Aktiv olmayan 112 nəfər arasında şagird və ya tələbə, 47 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Anjela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Anjela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944, Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Anjela Doroqan
Anjela Doroqan (2 noyabr 1989, Kişinyov) — 2007–2009-cu illərdə Moldovanı, 2010–2018-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, Avropa Oyunlarının qalibi. Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı. Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı. Finalda Polşa güləşçisi Roksana Zasina ilə üz-üzə gələn Anjela Doroqan 3:2 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu. Anjela Doroqan Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Anjelika Savrayuk
Anjelika Savrayuk (23 avqust 1989, Lutsk) — Ukrayna əsilli İtaliyanı təmsil edən bədii gimnast. Anjelika Savrayuk İtaliyanı 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. Anjelika Savrayuk birinci dəfə Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Elisa Blançi ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Anjelika Savrayuk qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Elisa Blançi və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Anjelika və Sultan (film, 1968)
Anjelika və Sultan (fr. Angelique Et Le Sultan) — 1968-ci ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. "Anjelika və Sultan" filminin heyətini şəxsən Tunisin ilk prezidenti Həbib bin Əli Burqiba qarşılamışdır. Sultanın rolunu isə görkəmli Tunis aktyoru Əli Ben Ayed canlandırmışdır. Filmin əvvəlki hissəsində Anjelikanı qaçırdaraq gəmi ilə aparırlar. Joffrey de Peyrak isə şəxsi gəm heyəti ilə onları izləməyə başlayır. Joffrey de Peyrak gəmini ələ keçirir, lakin Anjelikanın burada olmadığını görür. Dəstələr Anjelikanı sultanın hərəmxanasına aparmışlar. Bunu başa düşən Joffrey de Peyrak dəstələrin izi ilə düşüb, uzun və ağır sınaqlardan keçməyə məcbur olur... Anjelika, mələklər markizası [[Fransa[ filmlərinin siyahısı]] İtaliya filmlərinin siyahısı Almaniya Federativ Respublikası filmlərinin siyahısı Filmi izlə (azərbaycan dilində) Anjelika və Sultan — Internet Movie Database saytında.
Anjeliki Qerolimu
Anjeliki Qerolimu (22 iyun 1982, Patras) — Yunanıstanı təmsil edən su poloçusu. Anjeliki Qerolimu, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Anjelo Skyavio
Angelo Schiavio (it. Angelo Schiavio; 15 oktyabr 1905, Boloniya – 17 sentyabr 1990, Boloniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub . Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur.
Anjero-Sucensk
Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min (2004). Dəmiryol stansiyası (Anjerskaya). 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri, muzey var.
Maya Anjelu
Maya Anjelu (doğum adı Marqarita Enn Conson; 4 aprel 1928[…], Sent-Luis, Missuri – 28 may 2014[…]) – Amerikalı şairə. O, alim Con Brekston tərəfindən "ən məşhur qara dərili qadın" adlandırılmışdır.[mənbə göstərin] Maya Anjelu öz uşaqlıq həyatından və ilkin böyük həyatından bəhs edən altı cildlik avtobioqrafik əsərləri ilə məşhurdur. Məhz bu ssər ona beynlxalq şöhrət gətirdi və Milli Kitab Mükafatına namizəd kimi təqdim edildi. Pulitser Mükafatı laureatıdır. Angelou, Maya (1969). I Know Why the Caged Bird Sings. New York: Random House. ISBN 0-375-50789-2 Angelou, Maya (1984). "Shades and slashes of light". In Black women writers (1950–1980): A critical evaluation, Mari Evans, ed.
Sen-Jan-d’Anjeli (rayon)
Sen-Jan-d’Anjeli (fr. Saint-Jean-d’Angély) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Şaranta. Suprefektura — Sen-Jan-d’Anjeli. Rayon əhalisi 2006-cı ildə 51 681 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 36 nəf / km². Rayon sahəsi — 1442 km².
Anjela Volkova
Anjela Volkova (29 iyun 1974) — Azərbaycanı təmsil edən qılıncoynadan. Anjela Volkova 1974-cü il iyunun 29-da anadan olub. Anjela Volkova 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya), 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Anjelika Savçenko
Anzhelika Vitaliivna Savchenko (ukr. Анжеліка Віталіївна Савченко; 11 avqust 1982, Dnepr) — Ukraynalı teatr və kino aktrisası, İvan Franko adına Milli Akademik Dram Teatrının aktrisası. O, Ukraynanın əməkdar və xalq artistidir. Anjelika Savçenko 11 avqust 1982-ci ildə Dnepropetrovskda anadan olub. 1998-ci ildə Dnepropetrovsk Dövlət Teatr və İncəsənət Kollecinə daxil olub. O, ilk rolunu ikinci kurs tələbəsi olarkən Qorki adına Rus Dram və Komediya Teatrında Vadim Pinskinin rejissoru olduğu Tennessi Uilyamsın "Şirin gənclik quşu" tamaşasında oynayıb. 2002-ci ildə məzun olduqdan sonra o, İvan Franko adına Milli Akademik Dram Teatrına işə qəbul olunub, bu günə kimi də orada çalışır. Aleksandr Fredronun Xanımlar və Husarlar ında. Miss Zoya rolunda Edit Piaf. Kreditlə həyat müəllifi Yu.
Anju (İzer)
Anju (fr. Anjou) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Rusillyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38009. Kommunanın 1999-cu il üçün əhalisi 809 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 362 ilə 825 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Anju adaları
Anju adaları (saxa Анжу арыылара) — Yeni Sibir adalarının mərkəzi hissəsində yerləşən adaları əhatə edir. Qrupa Belkovski adası, Yeni Sibir və Kotelnı. Qrupun ümumi sahəsi 29 min km² təşkil edir. Adalar Ust-Lekski qoruğu ərazisinə daxildir. Adalar qrupu rus araşdırmaçısı Pyotr Fyodoroviç Anjunun şərəfinə adlandırılmışdır. O, bu adaları 1821—1823-ci illərdə araşdırmışdır. Adaları ilk dəfə İvan Lyaxovski 1772—1773-ci illərdə (Kotelnı) və digərlərini isə Yakov Sannikov 1805-ci ildə (Faddeevski, Stolbovoy). Relyefi düzənlikdir. Əsasən 60—80 metr arasında dəyişir. Ən hündür dağı Malakatın-Tasdır ki (361 m) o da Kotelnı adasında yerləşir.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Ante Markoviç
Ante Markoviç — sosialist Xorvatiyasının 7-ci prezidenti; Yuqoslaviyanın sonuncu baş naziri Ante Markoviç 25 noyabr 1924-cü ildə Konitsa şəhərində anadan olub. 1954-cü ilə Zaqreb univesitetini bitirmişdir. 1986-1988-ci illərdə sosialist Xorvatiyasının 7-ci prezidenti olmuş, 1989-cu ildə isə Yuqoslaviyanın baş naziri təyin olunmuşdur. 1990-cı ildə Ante Markoviç siyasətdən uzaqlaşaraq biznesə başlamışdır. 2000-ci illərdə Makedoniya hökuməti yanında iqtisadi sahədə məsəhətçi işləmişdir. 2011-ci ilin noyabr ayının 28-də vəfat etmişdir.
Ante Rebiç
Ante Rebiç (xorv. Ante Rebić ; 21 sentyabr 1993, Split) — xorvatiyalı futbolçu, "Beşiktaş" klubunun və Xorvatiya milli komandasının cinah hücumçusu. 2014 Dünya Kubokunun iştirakçısı. 2018 Dünya Çempionatının gümüş mükafatçısı. 2 sentyabr 2023-cu il tarixindən "Beşiktaş" klubunun formasını geyinir.
Tumua Anae
Tumua Anae (d. 16 sentyabr 1988) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Tumua Anae, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Ante Paveliç
Ante Paveliç (xorv. Ante Pavelić; 14 iyul 1889[…] – 28 dekabr 1959[…], Madrid) — radikal millətçi cərəyandan olan xorvat siyasi və dövlət xadimi, Ustaş faşist təşkilatının qurucusu və lideri (1929 - 1945 ). 1941-ci ildən 1945-ci ilə qədər o, 1941-ci ilin aprelində Ox ölkələrinin hərbi və siyasi dəstəyi ilə yaradılmış Müstəqil Xorvatiya Dövlətinin (MXD) diktatoru (“Poqlavnik”) olmuşdur. 1915-1929-cu illərdə Xorvatiya Hüquq Partiyasının katibi olmuşdur. Təhsilinə və peşəsinə görə vəkildir. Paveliçin hakimiyyəti illərində MXD ərazisində serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırım və ayrı-seçkilik siyasəti aparılıb, Ustaş rejiminin əleyhdarlarına qarşı da terror həyata keçirilib. Paveliçin rəhbərlik etdiyi rejim İkinci Dünya müharibəsinin sonuna qədər Üçüncü Reyxin sadiq müttəfiqi olaraq qalmış və öz hissələrini SSRİ-yə qarşı müharibəyə də göndərmişdir. 1945-ci ilin mayında MXD-nin dağılması zamanı Paveliç ölkədən qaçmışdır. Avstriya, İtaliya, Argentina, İspaniyada gizlənmişdir. Elə həmin il Yuqoslaviya məhkəməsi tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilmişdir.
Anji Mahaçqala FK
Anji (rus. Анжи́) — Mahaçqaladan olan Rusiya futbol klubu. Rusiya Kubokunun 2000/2001-ci illərdə finalçısı. Hazırda futbol üzrə Rusiyanın əsas çempionatında çıxış edir. "Anji" 1991-ci ildə yaranıb. Klubun əsasını Maqomed Sultan Maqomedov və Mahaçqala "Dinamo"sunun keçmiş oyunçusu Aleksandr Markarov qoyub. Komanda 1991-ci ildə Dağıstan çempionu olub. "Anji" ev oyunlarını 16000 azarkeş tutumu olan "Dinamo" stadionunda keçirir. Mahaçqala klubunun ən böyük uğuru 1999/2000 mövsümündə UEFA Kubokunda çıxış olub. Lakin komanda uğursuzluğa düçar olub.
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Sent onje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Vil-suz-Anju
Vil-suz-Anju (fr. Ville-sous-Anjou) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38556. Kommunanın 1999-cu il üçün əhalisi 1009 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 186 ilə 401 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 75 km qərbdə yerləşir.
Anne with an E
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradılıb və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Teleserialda kimsəsizlik, psixoloji travmalar və gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur. 1896-cı ildə bacı-qardaş Mattheu və Marilla Cuthbert təsərrüfatın işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız - Enn yalnız bir neçə aylıq olarkən ailəsi ölüb və Enn bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışıb. Mattheu Ennin qalmasını istəsə də, Marilla Ennə güvənmir, çünki o, yararsız bir yetimdir. Daha sonra Ennin səhvini tuturlar, Enni yenidən uşaq evinə göndərirlər. Daha sonra Enn haqqında yanıldıqlarını başa düşürlər və Enni tapmağa çalışırlar.
Inje (Vanya Radovanoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Inje (Vanya Radovinoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Status quo ante bellum
Status quo ante bellum — latın dilində müharibədən əvvəlki vəziyyətin bərpası mənasını verən hüquqi termin. Müqavilələrdə bu termin düşmən qüvvələrin geri çəkilməsi və müharibədən əvvəlki vəziyyətin bərpa olunmasını nəzərdə tutur. Yəni tərəflərdən heç biri ərazi, iqtisadi və siyasi hüquqlar itirmir və ya qazanmır. Bu uti possidetis vəziyyəti ilə əkslik təşkil edir. Həmin halda tərəflər ələ keçirdikləri əraziləri və ya digər mülkiyyəti müharibədən sonra da əllərində saxlayırlar.
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası. Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nikahdan 5 övladı dünyaya gəldi: İzabella (1292–1309) VI Filipp Valualı Janna (1294–1352) Valualı Marqarit (1295–1342) II Karl (1297–1346) Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Ajen
Ajen (fr. və oks. Agen) — Fransanın Yeni Akvitaniya regionunda yerləşən Lo və Qaronna departamentinin inzibati mərkəzi. 162 metrə çatan Ermitaj təpəsinin ətəyində Qaronna sahillərində yerləşir. Əhalisi — 30 170 nəfər (1999). İlk olaraq Yuli Sezar tərəfindən "Qalli müharibə haqqında notlar" da Aginnum kimi deyilir, nitiobriq qəbilənin şəhəri. 509-cu ildə Xlodviq tərəfindən fəth edilmişdir.
Andre
Andre — ad. Andre Malro — fransız yazıçısı, mədəniyyətşünası. Andre Mişo — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. Andre Morua — Fransa yazıçısı. Andre Silva (futbolçu) — Portuqaliyalı futbolçu. Andre-Jak Qarneren — fransız ixtiraçı və aviator.
Zemërimi i Një Nate
Zemërimi i Një Nate (One Night's Anger) — (Azərbaycanca: Bir Gecəlik Qəzəb) Albaniyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
Aloe
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Alye
Alye (fr. Allier, oks. Alèir) — Fransanın mərkəzi cənubunda yerləşən, Over-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 3. İnzibati mərkəzi — Mulen. Əhalisi — 353.124 nəfərdir (departamentlər arasında 69-cu yer, 2010-cu ilin məlumatları). Alye departamenti Overn bölgəsinin bir hissəsidir Şer, Nyevr, Sona və Luara, Luara, Püi-de-Dom və Kröz departamentləri ilə sərhəddir. Sahəsi — 7340 km². Departament tarixinin çox hissəsi Burbon dövrünün tarixinə aiddir, çünki departament ərazisi keçmiş Burbon hersoqluğunun ərazisinə bərabərdir. Departament, 1790-cı il 22 dekabr 1789-cu il tarixli qanununa əsasən, 1790-cı il martın 4-də, 1790-cı ildə Fransa inqilab dövründə, 83-cü bölmədə köhnə Burbonlar əyalətinin ərazisində yaradılmış 83 departamentdən biridir.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 614-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 6 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.