ANLAŞILMAZ

sif. Başa düşülməyən və ya başa düşülməsi çətin olan, mənası aydın olmayan. Anlaşılmaz söz. Anlaşılmaz fikir. Kütlə üçün yazılan kitablarda qəliz və anlaşılmaz sözlər işlətməməli.
– Gecə yarısı avam camaat məclislərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələri dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski.

// İzah edilə bilməyən, səbəbi bilinməyən, qəribə, təəccüblü, müəmmalı. Anlaşılmaz hadisə. Anlaşılmaz hərəkət.
– İndi [Züleyxa] daxilində anlaşılmaz bir narahatlıq, bir iztirab duyurdu. M.İbrahimov.
Dərs otağına dərin və anlaşılmaz bir sükut çökmüşdü. M.Hüseyn.
Nədən isə bu gecə qoca arxivçinin qəlbində sevinc ilə qarışıq anlaşılmaz bir hiss vardı. H.Nəzərli.

Синонимы

  • ANLAŞILMAZ ANLAŞILMAZ O, yenə müəmmalı və anlaşılmaz sözlər danışmağa başladı (M.S.Ordubadi); QARANLIQ O hansı qaranlıq məsəlidir? (M
ANLAŞILMAQ
ANLAŞILMAZLIQ

Значение слова в других словарях

ВИЧ-заражённый га́лочий гипю́ровый изво́зчицки модели́зм недоразви́тие понтирну́ть проте́кция ту́рок ико́рочка метафори́чность переводи́лка прове́шить прямостоя́чий уходи́ть сквозь пальцы Jain photoengraving signorino tabulae автобиография вертикаль выводной камеристка спайка штиль