ANLAŞILMAQ

məch. Başa düşülmək, dərk edilmək; məlum olmaq, aydın olmaq. Onun sözlərindən heç bir şey anlaşılmadı. Danışığından anlaşıldı ki, bu gün yola düşəcəkdir.
– Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir; o, bir çox xalqların qəlbinə yol aça bilir. Ü.Hacıbəyov.
Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı.

Синонимы

  • ANLAŞILMAQ aydınlaşmaq — müəyyənləşmək
ANLAŞILMA
ANLAŞILMAZ

Значение слова в других словарях