Annotasiya

lat. annotatio – qeyd 1) sənədlərin formasının, məzmununun və istifadəçi istiqamətinin qısa xarakteristikasını əks etdirən mətn: ilkin sənədlə birlikdə, yaxud ayrıca (biblioqrafik təsvirlə birlikdə) verilə bilər; 2) çox zaman tənqidi qiymət verməklə kitab və ya məqalə haqqında qısa məlumat; 3) qısa ızahat, şərh, xülasə; 4) kitab, məqalə, əlyazma və s.-nin qısa məzmunu, ideya, siyasi istiqaməti, məqsəd və əhəmiyyəti haqqında qısa xülasəsi.
Anlayış
Anomaliya
OBASTAN VİKİ
Annotasiya
Annotasiya — Latınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanın vasitəsilə şagird hər hansı bir kitabın məzmunu ilə daha yaxın tanış ola bilir. == Haqqında == Annotasiyada aşağıdakılar öz əksini tapmalıdır: Kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi; Kitabın müəllifinin adı və soyadı; Kitabda nələrdən bəhs olunması, == İzahı == Annotasiyanı, əsasən, əsərin müəllifi yazır və məqsədini bir neçə cümlə ilə şərh edir. Məs.:Azərbaycan dilində vurğu lüğətinə dair annotasiya belə verilir: Annotasiya(lat.annotatio-qey) və ya rezyume (fran.-"qısaldılmış") – kitabın, əlyazmasının, monoqrafiyanın, məqalənin, patentin, filmin, qramplastinkanın və ya digər nəşrin qısa məzmunu, eləcə də onun qısa xarakteristikasıdır. Annotasiya nəşrin fərqləndirici xüsusiyyətlərini, yerini və zamanını nominativ formada göstərir. Annotasiya nəşrin əsas mövzusunu əks etdirir, bundan əlavə o təsvir olunan mənbənin əsas vəziyyətlərini də sadalaya bilər. Annotasiya hərəkət subyektini xatırlatmaya da bilər (guman edilə bilər ki, bu kontekstdən məlumdur) və passiv quruluşdan – fel və feli sifətdən ibarət ola bilər. Annotasiya məqalənin özündə ola bilər. Məzmununda nəticələrin də ola biləcəyinə baxmayaraq, müasir elmi jurnallarda annotasiyanı adətən məqalənin əvvəlində yerləşdirirlər (başlıqdan, müəlliflərdən və açar sözlərindən sonra).

Digər lüğətlərdə