Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünyəvi dövlət
Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. Bu kimi ölkələrdə dövlət orqanlarının qərarları dini əsaslı ola bilməz. Buna baxmayaraq, dünyəvi dövlətin qanunvericiliyi tam və ya qismən dini normalara uyğunlaşa bilər. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə (və ya digər bu kimi səbəblərə görə) hər hansı dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər. Hər bir insan hər hansı dünyəvi dövlətdə dini institutlara müraciət etmədən yaşaya biləcəyinə arxalana bilər. Məsələn, ailə qurduqda müəyyən dini inanc və adətlərdən istifadə etməmək və sair bu kimi hallar. Dünyəvi dövlətdə bütün dini inanclar və onların daşıyıcıları qanun qarşısında bərabərdirlər. Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Dünyəvilik
Sekulyarizm — dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalması. Sosiologiya elmində XX əsrin ortalarından bəri qızğın şəkildə müzakirə olunan bu mövzuda iki təzadlı cəbhədə yerləşən sosioloqlar var. Brayan Vilson, Maks Veber, Ziqmund Freyd kimi mütəfəkkirlər dünyada iqtisadi inkişaf və elmin dirçəlişi ilə dinin təsirinin azalacağını desə də, Peter Berger və Tomas Lukman kimi müasir dövrün sosioloqları sekulyarizm yox, tam əks prosesin baş verdiyini iddia edirlər. Hər iki tərəfin də olduqca tutarlı arqumentləri var. Məhz bu iki fərqli düşüncələrin mövcudluğu dinin cəmiyyət üzərindəki təsiri mövzusuna müxtəlif prizmalardan baxmağa kömək olur. Dinin elm üzərində üstünlük təşkil etdiyi dövrlərdə, daha dəqiq XVII əsrə kimi, dini dəyərlər dövlətdən tutmuş insanların şəxsi həyatına qədər bütün sahələrə kəskin dərəcədə təsir göstərirdi. Dövlət siyasətinə dini liderlər təsir edirdilər. Dini məclislər və dəyərlər insanların gündəlik həyatında olduqca vacib statusa malik idi. İnsanlar dini inanclar və hissləri ilə hərəkət edirdilər, rasional (məntiqli) düşüncə əksər hallarda mövcud olmurdu. Lakin XVII əsrdə baş verən mədəni və elmi inqilablar vəziyyəti köklü şəkildə dəyişdirməyə başladı.
Fransada dünyəvilik
Fransada dünyəvilik (fr. laïcité) — Fransa konstitusiyasının 1-ci maddəsinə görə, Fransa dünyəvi respublikadır. Dünyəvilik bir əsr boyu Fransa Respublikasında yayılmışdır. 9 dekabr 1905-ci il tarixli Qanunun 2-ci hissəsinə əsasən, Respublika heç bir dini tanımır, ödəmir və ya subsidiya vermir. Müvafiq olaraq, yanvarın 1-dən bu Qanunun qüvvəyə minməsindən sonra dinə aid bütün xərclər dövlətin, idarələrin və icmaların büdcəsindən silinməlidir. Bununla birlikdə, məktəblər, kolleclər, xəstəxanalar, sığınacaqlar və həbsxanalar kimi ictimai qurumlarda keşiş xidmətləri və sərbəst dini etiqad büdcə xərclərinə daxil edilə bilər. Hökumətin dini qurumları 3-cü maddənin müddəalarına əməl edilməklə ləğv edildi. 1905-ci ildən bu yana ayrılıq zamanı ona aid olmayan Elzas və Mozel istisna olmaqla, kilsə və dövlət rəsmi olaraq bütün Fransa daxilində bölündü.
İslam və dünyəvilik
İslam və dünyəvilik — İslamın və dünyəviliyin ahəngdar və vahid ola biləcəyi mövzusu müsəlman ölkələrində və fərqli islam əksəriyyəti olan ölkələrdə fərqli tətbiqetmələr qəbul edilir. Bunlardan Türkiyə kimi bəzi ölkələr qəti dünyəvi proqramlar, bəziləri qismən şəriət qanunlarının tətbiq olunmasını, bir qisimi də tamamilə şəriətin tətbiq olunmasını əsas götürmüşlər. == Terminologiyası == Ərəb dilində və ərəbdilli ölkələrdə dünyəvi / dünyəvi terminləri Dünyəviyyə və Almaniyya (dünyadan gəlmiş) mənalarında işlənir.
Dünbəki (Xoy)
Dünbəki (fars. دنبکی‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Danyeri
Danyeri (əvvəlki adı: Şəhidməmməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Danyeri kəndi adlandırılmış, Danyeri kəndi Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Danyeri kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Danyeri qalası
Danyeri qalası — Şərur rayonunun Danyeri kəndinin yaxınlığında arxeoloji abidə. Danyeri qalası böyük qala və kiçik qala adlanan hissələrdən ibarətdir. Qala divarları yonulmamış qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Divarların bəzi qismləri yonulmuş daşlardan inşa edilmişdir. Qala divarları yarımdairəvi bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Qalanın içərisində, qala divarına bitişik, dördkünc formalı binaların qalıqları qalmaqdadır. Aşkar olunan keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş qabların parçalarından ibarətdir. Keramika məmulatı içərisində şirli qabların parçaları da vardır. Qalanı arxeoloji materiallara əsasən VIII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan Abidələri Ensiklopediyası.
Danyeri qəbiristanlığı
Danyeri qəbiristanlığı — Azərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Neoseiulus dungeri
Neoseiulus dungeri (lat. Neoseiulus dungeri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nil Dünyası
Nil Dünyası Nil Karaibrahimgil'in ilk studio albomudur. Albomun üz şəkili bir jurnal kimi dizayn edilmişdir. CD'də "Madonna Olacakmış" mahnısından sonra "Aptal Kovboy" adlı gizli bir mahnı vardır. Diskdə bu gizli mahnı yoxdur.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. == Tərifləri == Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. == Tarixçə == Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. == Din == Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Sofinin dünyası
Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdi. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Günel Mövlud tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır. == Məzmun == Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur.
Türk dünyası
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
İslam dünyası
İslam dünyası — adətən müsəlman cəmiyyətinə (Ümmət) aid edilir; İslam dinini və ya İslamın tətbiq etdiyi cəmiyyətlərə riayət edənlərin hamısından ibarətdir.
Xristian dünyası
Xristian dünyası — xristian dövlətlərinə, xristianların çoxluq təşkil etdiyi ölkələrə və xristianlığın üstünlük təşkil etdiyi, mədəni və ya tarixən iç-içə olduğu ölkələrə aid edilən tarixi termin. Roma imperiyasının son dövrlərində xristianlığın Levantdan Avropaya və Şimali Afrikaya yayılmasından sonra xristian dünyası Yunan Şərqi və Latın Qərbinə bölünmüşdür. Nəticə eetibarilə xristianlığın daxilində Roma və Konstantinopol şəhərləri ətrafında mərkəzləşmiş, öz inancları və əməlləri olan sektalar yaranmışdır. XI–XIII əsrlərdə latın kilsəsi Qərb dünyasının mərkəzi roluna yüksəlmişdir.
Danyeri yaşayış yeri
Dаn yeri yаşаyış yеri — Yaşayış yeri Qara dağın ətrafında, Yastan deyilən yerdə yerləşir. Yaşayış binalarının bünövrəsi daşdan, divarları isə möhrədən tikilmişdir. Bəzi binaların divarları iri daşlardan inşa olunmuşdur. Aparılan araşdırmalar zamanı çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz saxsı məmulatı aşkar edilmişdir. Mədəni təbəqənin 1,5-2 m arasında olması burada həyatın uzun müddət davam etdiyini göstərir. Yаşаyış yеrinin хаrаbаlıqlаrındаn аşkаr еdilmiş mаtеriаllаr əsаsındа оnu 9-17 əsrlərə аid еtmək оlаr.
Mədəniyyət dünyası (məcmuə)
Ozan dünyası (jurnal)
Ozan dünyası jurnalı — Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı. Baş redaktoru Musa Nəbioğludur. == Haqqında == Jurnalın təsisçisi Azərbaycan Aşıqlar Birliyidir. Baş redaktoru Musa Nəbioğlu, məsləhətçilər isə xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır. == Jurnalın redaksiya heyəti == Zəlimxan Yaqub, Məmməd Aslan, Həsən Mirzə, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Qənirə Paşayeva, Qara Namazov, Bəhlul Abdulla, Sədnik Paşayev, Elxan Məmmədli, İlyas Tapdıq, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Seyfəddin Altaylı (Türkiyə), Nizaməddin Onk (Almaniya), Çingiz Mehdioğlu (İran), İrfan Nəsrəddinoğlu (Türkiyə), Osman Əhmədoğlu (Gürcüstan) Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2736. == Əlaqə == e-mail. [email protected] e-mail. [email protected] tel. 012 493 69 14 ünvan.
Qambolun heyrətamiz dünyası
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı.Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s. üsulların qarışığı ilə yaradılıb.
Sofinin dünyası (kitab)
Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdi. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Günel Mövlud tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır. == Məzmun == Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur.
Türk dünyası coğrafiyası
Türk dünyası coğrafiyası - AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəşri olan “Türk dünyasının coğrafiyası və etnosu”nun I cildi == İdeya müəllifi == Əsərin ideya müəllifi və məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktorları akademiklər R.M.Məmmədov və N.Q.Cəfərov, buraxılışına məsul dosent Məhərrəm Həsənovdur. “Türk dünyasının coğrafiyası və etnosu” təkcə Azərbaycanda deyil, bütün Türk dünyası ölkələrində ilk dəfədir ki, belə böyük həcmdə çap edilir. == I cild == Fiziki coğrafiya cildi 386 səhifədən ibarət olub təqribən 11 milyon kvadrat metrdən artıq bir ərazinin fiziki coğrafi xüsusiyyətlərinə həsr edilmişdir. Burada Türk dünyasının coğrafi mövqeyi, bəşər sivilizasiyasında çox böyük rolu olan, dünya tarixinin, mədəniyyətinin, ədəbiyyatının, coğrafi biliklərin, folklorunun, elminin formalaşmasında xüsusi yeri olan böyük bir toplumun özünəməxsus xüsusiyyətləri coğrafi baxımdan araşdırılır və ümumiləşdirilir. == Kitabın fəsilləri == Fəsillər Türk dünyasının vahid bir coğrafi məkan kimi relyefinin, geoloji quruluşunun, iqliminin, hidrologiyasının, torpaq və bitki örtüyünün, landşaft xüsusiyyətlərinin, ekoloji problemlərinin öyrənilməsinə həsr edilmişdir. Elmi məlumatlarla çox zəngin olan bu kitabda çoxlu sayda xəritələrdən, fotoşəkillərdən, qrafıklərdən istifadə edilmişdir ki, bu da onu daha da oxunaqlı edir. Əsər Türk dünyası ölkələri ilə maraqlanan geniş oxucu kütləsi, dövlət idarəçiliyi təşkilatlarının mütəxəssisləri, müvafiq ali məktəblərin professor-müəllim heyəti, bakalavr və magistr təhsil pillələri, doktorantlar, ayrı-ayrı türk dövlətlərinə səfər etmək istəyən turistlər, həmin ölkələrin turist səyahətlərini təşkil edən turizm şirkətləri üçün böyük elmi mənbə rolunu oynayacaqdır.
Tələbə Dünyası (qəzet)
Tələbə Dünyası — Bakı Slavyan Universitetinin nəşri "Tələbə dünyası" qəzeti Bakı Slavyan Universiteti rektorluğunun 28 avqust 2000-ci il tarixli qərarına uyğun olaraq universitetin rektorunun 14 sentyabr 2000-ci il tarixli 46 saylı əmri ilə təsis edilmişdir. Qəzetin ilk sayı 9 noyabr 2000-ci il tarixində nəşr olunmuşdur. 8 səhifədən ibarət olan "Tələbə dünyası" qəzetinin hər sayında 50-yə yaxın mövzularda müxtəlif rubrikalar altında universitetin müəllim, magistr və tələbələrinin məqalələri, şerləri dərc olunur. Qəzetdə hər iki dildə - həm Azərbaycan, həm də rus dillərində məqalələr dərc olunur. "Yaddaşımızı təzələyək", "Bura Vətəndir", "Tariximizin qan yaddaşı", "Slavyan dünyası", "Əsrlərdən gələn səslər", "Nobel mükafatı laureatları", "Hikmət xəzinəsindən", "Dahi şəxslərin həyatından", "Xalq təbabəti", "Bəşəriyyətin sirləri", "Tapın görək", "Bilirsinizmi", "Bunu bilmək lazımdır" və s. rubrikalarda ictimai, siyasi, mədəni, tarixi, elmi və digər mövzular barədə geniş məlumatlar verilir. Qəzetin hər sayında universitet həyatında baş verən yeniliklər, keçirilən tədbirlər, görüşlər geniş əhatə olunur. "Rektorluq səhifəsi", "Yeniliklər" və "Aktual" səhifələrində universitetin həyatı ilə bağlı olan bütün hadisələr geniş işıqlandırılır. Digər "Tanış olaq", "Rakurs", "Tərcümə", "Düşüncələr", "Tələbə yaradıcılığı" səhifələrində dərc olunan materiallar isə universitetin magistr və tələbələrinin intellektual səviyyəsinin yüksəlməsində, onların dünyagörüşünün formalaşmasında muhum rol oynayır. Hər tədris ilinin sonunda "Tələbə dünyası" qəzeti "Dünya tələbə gözü ilə" və "İstedadlı tələbə" adları altında müsabiqələr elan edir.
Tələbə Dünyası qəzeti

Uolt Disney dünyası
Walt Disney World (Volt Disney dünyası) və Disney dünyası kimi adlandırılan Walt Disney World Resort, ABŞ-nin Florida ştatındakı Orlando və Kissimmee şəhərləri yaxınlığında Bay Lake və Lake Buena Vista əyləncə kompleksidir. 1 oktyabr 1971-ci ildə açılan kurort The Walt Disney şirkətinin bir bölməsi olan Disney Parkları tərəfindən idarə olunur. İlk olaraq Walt Disney World Company tərəfindən idarə edildi. Mülk 25,000 acreni (39 kv. mil; 101 km²) əhatə edir , bunun yalnız yarısı istifadə edilmişdir. Kurort dörd tematik park ( Magic Kingdom, Epcot, Disney Hollywood Studios və Disney's Animal Kingdom-dan ibarətdir ), iki su parkı, 27 tematik kurort oteli, doqquz Disney olmayan otel, bir neçə golf kursu, bir düşərgə və digər əyləncələrdən, Disney Springs açıq ticarət mərkəzi də daxil olmaqla məkanlardan ibarətdir. 1960-cı illərdə Walt Disney 1955-ci ildə açdığı Kaliforniyanın Anaheim bölgəsində Disneylendi tamamlamaq üçün hazırlamışdır. "Florida Layihəsi", məlum olduğu kimi, özünəməxsus attraksionları ilə fərqli bir görünüş təqdim etmək üçün nəzərdə tutulmuşdu. Volt Disneyin orijinal planları, yeni şəhərdə yaşayan yeniliklər üçün bir test yatağı olaraq hazırlanması planlaşdırılan bir cəmiyyətin " Sabahın Təcrübəli Prototip Cəmiyyəti " nin (EPCOT) daxil olmasını da çağırdı. Volt Disney, 15 dekabr 1966-cı ildə, kompleksin ilkin planlaşdırılması zamanı öldü.
Volt Disney dünyası

Walt Disney Dünyası

İslam Dünyası Cəmiyyəti
İslam Dünyası Cəmiyyəti (qısaca İDC) (ərəbcə - Rabitət əl-aləm əl-islami) - 1962-ci ildə Məkkədə yaradılmışdır. İDC-nin rəhbər orqanı şuradır. Şuraya baş katib başçılıq edir. Cəmiyyət öz əməli fəaliyyətini məhəlli əlaqələndirmə şuraları (Asiya, Afrika, Şimali və Cənubi Amerika üçün) vasitəsilə həyata keçirir. Bu şuraların əsas diqqəti islam dininin təbliğinə, məscidlər tikilməsinə yardım göstərilməsinə, Məkkəyə ziyarətlərin təşkilinə cəlb edilmişdir. İslam Dünyası Cəmiyyəti öz fəaliyyətini İslam Şurası Konfransı ilə əlaqələndirir.