Annuitet məbləğinin gələcək dəyəri
Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.
Məsələn:Bankın 22% ilə 12 ay müddətində verilmiş 2000 manat dəyərində kreditin aylıq ödənişi 187.79 manatdır.Bu nümunədə aylıq ödəniləcək məbləğ annuitet məbləğini göstərir.
Annuitet ödəmənin düsturu:
1. Hər ay annuitet ödəmə:
A
=
K
⋅
S
{\displaystyle A=K\cdot S}
,
burada:
A – aylıq annuitet ödəmə,
K – annuitet əmsalı,
S – kreditin məbləğidir.
2. Annuitet əmsalı:
K
=
i
⋅
(
1
+
i
)
n
(
1
+
i
)
n
−
1
{\displaystyle K={i\cdot (1+i)^{n} \over (1+i)^{n}-1}}
burada:
K – annuitet əmsalı,
i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya),
n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı.
Annuitetin 2 növü var: Müəyyən annuitet və qeyri-müəyyən annuitet
Müəyyən annuitet- Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir.