ANTAQONİ́ZM

[ yun. ] Barışmaz ziddiyyət. Sinfi antaqonizm. Antaqonizm daha kəskin şəkil alırdı.

Синонимы

  • ANTAQONİZM antaqonizm bax ziddiyyət 1
ANTAQONİ́ST
ANTARKTİ́K
OBASTAN VİKİ
Antaqonizm
Antaqonizm (yun. άνταγωνίσμα – mübahisə, mübarizə) — təmayüllərin, düşmən qüvvələrin barışmaz mübarizəsini xarakterizə edən ziddiyyət formalarından biri. Antaqonizm terminin əks qüvvələrin mübarizəsi mənasında dini sistemlərdə (xeyir və şərin mübarizəsi) filosoflar İmmanuel Kant, Artur Şopenhauer və başqaları tərəfindən istifadə olunmuşdur. Bu mənada antaqonizm biologiyada, riyaziyyatda istifadə olunur. Mövcud quldarlıq, feodalizm, kapitalizm və digər siyasi-ictimai formasiyalar, kapitalizmdən sosializmə keçid dövründə siniflər arasındakı antaqonizm təhlil edən Karl Marks göstərirdi ki, antaqonizmin forma və məzmununu konkret tarixi şəraitdə sinfi mübarizə yolu ilə həll etmək mümkündür. O, yazırdı ki, istehsal münasibətlərində ictimai istehsal prosesi antaqonizmin axırıncı formasıdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Antaqonizm (mikrobiologiya)
Mikrobiologiyada antaqonizm mikroorqanizmlər arasında qeyri-simbiotik əlaqənin bir növüdür, burada bir ştam digərinin böyüməsinin tamamilə qarşısını alır və ya ləngidir. Bu prosesi həm təbii, həm də süni (laboratoriya) şəraitdə müşahidə etmək mümkündür. Antaqonist mikrorqanizmlər istənilən taksonomik qrupa aid oluna bilərlər.Ümumilikdə mikroorqanizmlərin bu halı bioloji antaqonizmin bir hissəsidir. Mikroorqanizm digər mikroorqanizmin böyüməsinə və fəaliyyətinə maneə törədən antibiotik xüsusiyyətləri olan kimyəvi maddələr ifraz etdikdə bu hal baş verir. Bu zaman kimyəvi maddəni ifraz edən mikroorqanizm rəqabət üstünlüyü əldə edir. Digər mexanizmlər də mümkündür. Mikroorqanizmlərin antaqonizmi daimi rəqabətin olduğu torpaqda geniş yayılmışdır. Bu proses ilk dəfə 1877-ci ildə L. Paster tərəfindən təsvir edilmişdir. == Nümunələr == Mikroorqanizmlər arasında antaqonizmə nümunə olaraq nistatin istehsal edən aktinomisetlər tərəfindən maya artımının qarşısının alınmasını göstərmək olar. Başqa bir nümunə, qrammənfi aerob çubuqşəkilli bakteriya lat.

Значение слова в других словарях