ANTROPOGEN

прил. геол. антропогенный. Antropogen eroziya антропогенная эрозия, antropogen amillər антропогенные факторы
ANTROPOCOĞRAFİYA
ANTROPOGENEZ
OBASTAN VİKİ
Antropogen
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. == Elmi tədqiqatların tarixi == === Dünyada === Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Antropogen eroziya
Antropogen eroziya -İnsanın səmərəsiz təsərrüfat fəaliyyəti nəticəsində torpaqların və ana süxurların səth suları vasitəsilə sürətlə dağılması.
Antropogen faktorlar
Antropogen faktorlar — insanın bioloji və sosioloji varlıq kimi ətraf mühitə dolayı yolla (bilavasitə) təsiri. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Antropogen maddə
Antropogen maddə — insanın fəaliyyəti nəticəsində Yerin sferlərinə qoşulan yeni kimyəvi birləşmələr. == Ümumi məlumat == Antropogen maddələr insan fəaliyyəti sayəsində kimyəvi maddələrin yer sferinə daxil olması. Antropogen maddənin bir hissəsi təbii dövrana daxil olaraq tez-gec ekosistemdə utilləşir, təbiətə yad olan süni birləşmələr, canlı orqanizmlər və abiotik agentlər tərəfindən olduqca tədricən parçalanaraq təbii madələr mübadiləsindən kənarda qalır, onlar biosferdə toplanaraq həyat üçün təhlükəli sayılır. Bu kimyəvi elementlərə yerin dərinliklərindən səthinə çıxarılan ağır metalları və adətən təbii şəraitdə kiçik ərazilərdə və böyük olmayan konsentrasiyada yayılan radioaktiv maddələri misal göstənnək olar.
Antropogen relyef
Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan) == Antropogen çirklənmə == İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s. == Antropogen eroziya == İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. == Antropogen relyef == Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) == Antropogen torpaqlar == İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir. == Antropogen səhralar == Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür. == Antropogen mühit == Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Antropogen istehsal amili
Antropogen istehsal amili (AİA) — bilavasitə istehsal prosesində məşğul olan insan sağlamlığında neqativ dəyişmələr yaratmağa qadir olan amillərdir. == Ümumi məlumat == Öz təbiətinə görə AİA fiziki, kimyəvi, bioloji, psixofizioloji ola bilər. Öz təsirinə görə AİA aşağıdakılara bölünür: Zərərli – təsiri müəyyən şəraitlərdə işləyən insanların xəstələnməsinə və ya əmək qabiliyyətlərinin aşağı düşməsinə səbəb olan AİA ( məs: səs, vibrasiya, elektromaqnit sahələri ); Təhlükəli – təsiri müəyyən şəraitlərdə işləyən insanların zədələnməsinə və ya sağlamlığının kəskin pisləşməsinə səbəb olan AİA ( məs: elektrik cərəyanı, müəyyən konsentrasiyalı qaz şəkilli xlor, səs, vibrasiya və s. ); Xüsusi təhlükəli – təsiri müəyyən şəraitdə sənaye qəzalarına səbəb olan AİA ( ionlaşdırıcı şüalanma, yanğın, partlayış, küllü miqdarda qaz şəkilli xlor tullantısı ). == Təsir dairəsi == Sənayenin bəzi sahələri var ki, on illərdir ətraf mühitin antropogen çirklənməsində başlıca rola malikdirlər. Ekoloji vəziyyətin formalaşmasında ən çox neqativ təsir elektroenerji sektorundan daxil olur. “İnsan - ətraf mühit” sistemi qapalıdır, ondakı balansın ixtiyarı pozuntusu faciəli nəticələrə gətirib çıxara bilər. Məsələn, təkamül prosesində təbiətdə istilik balansı yaranmışdır ki, bu da enerjinin üzvi birləşmələrdə yığılması və onun istilik şəklində səpilməsi ilə müəyyən olunur. Günəş enerjisinin üzvü birləşmələrə çevrilməsilə başlanan avtotrof bitkilərdən fərqli olaraq, insan üzvü maddələrdən istifadə edir. Onları yandırır və toplanmış enerjini istiliyə çevirir.
Mühitin antropogen amilləri
Antropogenez
Antropogenez (yun. anthropos - insan və yun. genesis - mənşə) — insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesi. Darvin, Haksli və Ernst Hekkel insanın üçüncü dövr ali meymunlarından əmələ gəldiyi fikirlərini irəli sürmüşdür. Engels göstərirdi ki, Antropogenezin hərəkətverici qüvvəsi qədim insanların ictimai əmək fəaliyyəti olmuşdur. Bu fəaliyyət səciyyəvi münasibətləri, mədəniyyəti yaratmış, insanın bədən quruluşunu formalaşdırmışdır. Bu,insanın Allah tərəfindən yaradılması haqqında dini-idealist fikirlərin əksi demək idi. İnsanın meydana gəlməsi və inkişafı prosesi avstrolopiteklərin (insanın 5 milyon il bundan əvvəl yaşamış ən yaxşı əcdadlarının-qazıntı halında tapılan Cənubi Afrika meymunlarının)yer üzərində sürü halında yaşamağa,hər cür qida ilə qidalanmağa,təbii əşyalardan alət kimi (ov üçün)istifadə edilməsinə,sonra isə belə alətlərin uyğunlaşdırmağa və təsadüfən onları yenidən hazırlamağa keçmələri ilə xarakterizə olunur.Sələfləri olan paleoantroplar və yaxud neandertallar forma və vəzifəsinə görə daha mürəkkəb alətlər hazırlamış, ilk süni tiklilər yaratmış,od əldə etməyi bacarmışlar. Meydana gəlmiş ictimai istehsal şüurun və nitqin yaranmasına səbəb oldu,insanın bədənini formalaşdırdı.İnsanın təşəkkülü yüz minlərlə il davam etmişdir (Cənub-Şərqi,Cənubi,Ön Asiya və Afrika). 3-cü mərhələ (ibtidai sürünün ibtidai cəmiyyətə,neandertalın müasir tipli insana çevrilməsi) 35-40 min il bundan əvvəl baş vermişdir.

Digər lüğətlərdə