APOKALİPSİS

1. xristian dinində: peyğəmbərlik, vəhy; 2. «axırzamandan» xəbər verən Əhdi-cədid kitablarından biri.
ANTROPOSOFİYA
APOSTOL(LAR)
OBASTAN VİKİ
Zombi apokalipsis
Zombi apokalipsis, zombi dəstələri səbəbindən cəmiyyətin dağıldığı fantastik bir janrdır. Tipik olaraq yalnız bir neçə fərd və ya kiçik qruplar sağ qalırlar. Bəzi versiyalarda ölülərin dirilməsi və insanlara hücum etməsi, digərlərində isə parazit və ya infeksiya səbəbindən baş verir. Zombi mifi 17–18-ci əsrlərdə Fransanın hakimiyyəti altında şəkər plantasiyalarında işləmək üçün afrikalı qulların gətirildiyi zaman Haitidə yaranıb. Qullar inanırdılar ki, əgər öz həyatlarına intiharla son versələr, əbədiyyəti ölülər kimi öz bədənlərində sıxışdırılaraq keçirməyə məhkum olacaqlar. Bu mif Vudu dinində haitililərdə cəsədlərin şamanlar tərəfindən canlandırıldığı inancı nəticəsində yaranmışdır. Zombi konsepsiyası nəhayət, 1927-ci ildə Vilyam Sibruk tərəfindən yazılmış "Sehrli ada" adlı zombi fantastikasının ilk nümunəsi sayılan kitabın nəşri ilə qərb mədəniyyətinə nüfuz etdi. Kitab əsasında 1932-ci ildə White Zombie adlı film çəkilmişdir. Rejissoru Viktor Halperin və baş rolda Bela Luqoşinin oynadığı bu film zombi apokalipsis haqqında ilk uzun metrajlı filmi idi. Daha sonra bu janrda Riçard Metsonun 1954-cü ildə yazdığı "Mən Əfsanəyəm" adlı romanından ilham alan rejissor Corc A. Romero "Yaşayan Ölülərin Gecəsi" adlı Amerika qorxu filmini 1968-ci ildə çəkmişdir.
Apokalipsis (film, 2006)
Apokalipsis (ing. Apocalypto) 2006-cı ildə Mel Gibsonun rejissorluğu ilə çəkilmiş amerikan filmi. == Film haqqında == Meksikada yağan aramsız yağışlar filmin relizinin 4 mart 2006-cı il tarixindən 8 dekabr 2006-cı il tarixinə keçirilməsinə səbəb oldu. Meksika meşələrinin iqlimi çəkiliş komandasını rəqəmsal avadanlıqları gözlənilməz yağmurlardan müdafiə üsullarını düşünməyə məcbur edir. Əsas rolların əksəriyyətini o vaxtadək kamera görməmiş Mayya hindularının xələfləri ifa etdilər. Şəlalədən tullanma kimi təklükəli səhnəni Rudi Yanqblad sərbəst şəkildə özü yerinə yetirib. O, təhlükəsizlik kəmərinin köməyilə Verakrusdakı binanın 15-ci mərtəbəsindən tullanıb, sonra isə kompüter vasitəsilə bu epizodu şəlalə səhnəsinə əlavə ediblər. Mifik qəhrəman obrazı üçün kastinq keçirən Mel Gibsonun diqqətini Rudi Yanqblad çəkmişdi. Qəhrəmanlar mayya dilinin Yukatan dialektində danışırdılar. Çəkiliş qrupuna Mayya dili müəllimləri daxil edilmişdilər.
Apokalipsis indi (film, 1979)
Apokalipsis bu gün (ing. Apocalypse now) Frensis Ford Koppolanın rejissoru və prodüseri olduğu 1979-cu ildə çəkilmiş döyüş filmidir. Filmdə baş rolları Marlon Brando, Robert Duvall, Martin Şin, Frederik Forrest, Albert Hall vəSam Bottoms canlandırıb.
Apokalipsis: İkinci Dünya müharibəsi
"Apokalipsis: İkinci dünya müharibəsi" (fr. Apocalypse, la 2e Guerre mondiale) — ikinci dünya müharibəsi haqqında altı seriyalı sənədli film. Filmin rejissorları Daniel Kasatelle və İzabella Klarkdır. Sənədli film üçün musiqi Kenci Kavay tərəfindən bəstələnmişdir. Sənədli film yalnız müharibə dövründə hərbi jurnalistlər, əsgərlər, Fransa Müqavimət Hərəkatı üzvləri və sıravi vətəndaşlar tərəfindən çəkilmiş sənədli kadrlardan ibarətdir. Filmdə həm sonradan bərpa edilərək rənglənmiş ağ-qara lentlərdən, həm də bir neçə orijinal rəngli lentlərdən istifadə olunub. Yeganə istisna — Holokost cinayətlərinin orijinalda olduğu kimi ağ-qara təsvir olunduğu səhnələrdi. Film ilk dəfə avqustun 20-dən 27-dək və sentyabrın 3-də Belçikanın fransızdilli RTBF kanalında nümayiş olunub. Avqustun 23-dən 30-dək və sentyabrın 6-da İsveçrənin fransızdilli Télévision Suisse Romande kanalında və 2009-cu ilin sentyabrın 8-dən 22-dək Fransanın France 2 kanalında nümayiş olunmuşdur. Sənədli film sonralar Amerika Birləşmiş Ştatlarının Smithsonian kanalında, National Geographic və Channel 4 kanalları vasitəsilə Böyük Britaniyada, Kanadada, Niderlandda, Polşada, Rumıniyada, Avstraliyada və Asiya ölkələrində, Finlandiyanın Yle Teema, İtaliyanın Rete 4, İsrailin Israel Broadcasting Authority, Portuqaliyanın RTP2 və İspaniyanın La 2 kanalında nümayiş olunmuşdur.
Apokalipsis: İkinci dünya müharibəsi (film, 2009)

Digər lüğətlərdə