Aqrometeorologiya
Aqrometeorologiya — meteoroloji amillərin bitkiyə və kənd təsərrüfatı heyvanlarına təsirini, bu amillərin kənd təsərrüfatına vurduğu zərərin qarşısını almaq metodlarını tədqiq edən elm.
Belə qiymətləndirmə üçün bitkinin istiliyə, rütubətə və digər iqlim amillərinə olan təlabatının kəmiyyət göstəricilərini hesablamaq və onları ərazinin iqlim ehtiyatları ilə müqayisə edərək müxtəlif rayonlarda ayrı-ayrı mədəni bitkilər üçün iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını müəyyənləşdirməkdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin metodikası hələ XIX əsrdə A.İ.Voyeykov, P.İ.Brounov tərəfindən işlənmiş və Q.T.Selyaninov, P.İ.Koloskov, F.F.Davitaya, Dj.Assi və digər xarici alimlər tərəfindən inkişaf etdirilmişdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsində aşağıdakılar təhlil edilir:
vegetasiya dövrünün və onun ayrı- ayrı hissələrinin termik və qismən işıq şəraiti;
həmin dövrlərdə yağıntı və torpağın rütubətlənmə şəraiti;
havanın və torpağın minimal temperaturu, qar örtüyünün hündürlüyü ilə xarakterizə olunan payızlıq və çoxillik bitkilərin qışlama şəraiti;
kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələr.
Bununla yanaşı bitkilərin iqlimə olan təlabatını bilmək lazımdır: havanın və torpağın optimal və böhran temperaturlarını; tam vegetasiya üçün tələb olunan temperatur cəmi; məhsuldarlığı təmin edən rütubət miqdarı və s. Bu iqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin I prinsipial xüsusiyyətidir. Belə qiymətləndirmənin II prinsipial xüsusiyyəti əsas iqlim amillərinin və kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələrin təkrarlanması barədə məlumatlardır.Bu isə bitkilərin inkişafının və məhsuldrlığının iqlim amilləri ilə (istilik,rütubət) təminatını hesablamağa imkan verir.