1. Bitişik, yaxud yan-yana duran şeyləri kənara çəkib bir-birindən ayırmaq, ayrı qoymaq. Pəncərənin pərdəsini aralamaq. Kolları aralayıb yol açmaq.
2. Açmaq. Kitabı aralayıb baxmaq. Ağzını aralayıb bir söz demir.
3. Zorla başqa-başqa tərəflərə çəkmək, kənara çəkmək, aralaşdırmaq. Dalaşanları aralamaq.