Arazbarı (Biləsuvar)
Arazbarı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Arazbarı kəndi dəqiqləşdirmə qaydasında Səmədabad kənd inzibati ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
== Toponimikası ==
Toponim elmi ədəbiyyatda Araz (çay adı) və bar (farsca "sahil", "kənar") sözlərindən ibarət olub, "Araz çayının kənarı, yanı, sahili" mənasında izah olunur. Lakin qeyd etmək lazımdır ki, türk dillərində par/bar sözünün bir çox mənaları ilə yanaşı "açıq, geniş düzən", "hərəkət edən, axan" mənalarında işlənməsi hallarına da təsadüf edilir. Bu baxımdan Araspar və ya Arazbar oykoniminin mənası "Araz çayının axdığı geniş düzən" kimi izah oluna bilər.
== Tarixi ==
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
== Əhalisi ==
== İqtisadiyyatı ==
== Mədəniyyəti ==
Kənddə Arazbarı kənd kitabxana filialı və Arazbarı PTS fəaliyyət göstərir.
== Təhsil ==
Kənddə təhsil müəssisəsi mövcud deyil.
== Din ==
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
== Səhiyyə ==
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.