ARİD VİLAYƏT

(aridus-quru) buxarlanmanın düşən çöküntülərin miqdarından mühüm dərəcədə üstünlük təşkil etdiyi quru (arid) iqlimli ərazi. A.v. çayların mənbələri bu ərazidən kənarda yerləşir və ancaq ən böyük çaylar okeana və dənizə çatır (Mis: Nil). Aridlik dərəcəsinə görə aşağıdakı növlərə ayrılır: 1) ekstraarid vilayətlər, səhralar (Saxara, Liviya, Təklə-Məkan, Atakama və b.), 2) arid vilayətlər, səhralar (Qaraqum, Qızılqum, Dəştilüt və b.); 3)semiarid vilayətlər, savannalar (keç.SSRİ nin yarım səhraları və quru çölləri-Xəzəryanı düzənlik, Kür-Araz düzənliyi, Qobustan, Abşeron və s.). aридная область arid region
ARİD SİKL
ARİD ZONA
OBASTAN VİKİ
Arid vilayət
Arid Səhra
Arid Səhra- tropik və ya subtropik qurşaqların zonal səhra tipi, passatlar zonasına məxsusdur.Çox cüzi miqdarda, bəzən bir neçə ildə bir dəfə düşən atmosfer çöküntüləri son dərəcə qeyri-müntəzəm düşür.
Arid iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Vilayət
Vilayət (ərəb. ولاية‎ — vilayət) , valilik — valinin təyin olunduğu əyalət. Və ya əyalət (ər. يالة) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Provincia" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir. Bir çox əyalətdə və ölkədə əyalət nisbətən böyükdür, əyalət qanunverici orqanlarındakı təmsilçilərini ərazi bölgüsü ilə seçir (bir çox ingilisdilli əyalətlərdə və ölkələrdə bir rayon kimi).
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Floristik vilayət
Floristik vilayət — bir-birindən müxtəlif cinslərin və fəsilələrin olması ilə fərqlənən əyalətlərə bölünən ən böyük coğrafi-floristik sahə. Zaman keçdikcə floristik vilayət ümumi şəkli və burada məskunlaşan bitkilərin sistematik tərkibi dəyişir. Müxtəlif geoloji dövrlər üçün paleofloristik vilayət adlanan floristik sahələrin ayrılmasının stratiqrafiya üçün mühüm əhəmiyyəti vardır. Çünkü eyni geoloji zaman intervalı, hətta qonşu vilayətlərdə də müxtəlif bitki kompleksləri ilə səciyyələnə bilər. Məsələn, perm dövründə Qondvana paleofloristik vilayətinin florası Avropa-Amerika paleofloristik vilayətinin florasından kəskin fərqlənirdi. Bu isə hər bir floristik vilayət üçün bitki komplekslərinin zaman ərzində yalnız ona xas olan dəyişmə ardıcıllığını aydınlaşdırmağa imkan verir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Kasserin (vilayət)
Kasserin vilayəti (ərəb. القصرين‎) — Tunisin 24 vilayətindən biri. Kasserin vilayətinin ərazisi 8 260 km2-dır. Kasserin vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kayruan (vilayət)
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Mahdiya (vilayət)
Mahdiya vilayəti (ərəb. المهدية‎) — Tunisin 24 vilayətindən biri. Mahdiya vilayətinin ərazisi 2 878 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Mahdiya vilayətinin əhalisi 410 812 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Manuba (vilayət)
Manuba vilayəti (ərəb. منوبة‎) — Tunisin 24 vilayətindən biri. Manuba vilayətinin ərazisi 1 138 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Manuba vilayətinin əhalisi 380 518 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Medenin (vilayət)
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. Medenin vilayətinin ərazisi 9 168 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Monastir (vilayət)
Monastir vilayəti (ərəb. المنستير‎) — Tunisin 24 vilayətindən biri. Monastir vilayətinin ərazisi 1 024 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Monastir vilayətinin əhalisi 548 828 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Nabul (vilayət)
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. Nabul vilayətinin ərazisi 2 840 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ostrobotniya (vilayət)
Ostrobotniya (fin Pohjanmaa; isv. Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Ostrobotniya, Cənubi Ostrobotniya və Satakunta vilayətləri ilə sərhəddir. Mərkəzi Vaasa şəhəridir. Ostrobotniyanın sahil ərazilərindəki buzlaq hərəkətləri əraziyə çox miqdarda süxur gətirmişdir. Ostrobotniya Finlandiyada isveçdilli əhalinin çoxluq təşkil etdiyi iki vilayətdən biridir (digər konstitutsional olaraq monolinqual olan Aland vilayətidir); Əhalinin 51.2%-i isveç dilində danışır. Vilayətdəki 13 kommuna bilinqual, 2 kommuna isə findilli monolinqualdır. Vilayət 4 rayon və 15 kommunadan ibarətdir. Qalın şriftlə göstərilən 6 kommunanın şəhər statusu var.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. Vilayət 22 kommunaya bölünür.
Qabes (vilayət)
Qabes vilayəti (ərəb. قابس‎) — Tunisin 24 vilayətindən biri. Qabes vilayətinin ərazisi 7 166 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Qabes vilayətinin əhalisi 374 300 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qafsa (vilayət)
Qafsa vilayəti (ərəb. قفصة‎) — Tunisin 24 vilayətindən biri. Qafsa vilayətinin ərazisi 7 808 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Qafsa vilayətinin əhalisi 338 332 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qostanay vilayət
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Vilayət Vəliyev
Vilayət Məmməd oğlu Vəliyev (28 mart 1960) – iqtisad elmləri doktoru (2007), professor (2013), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2014), Azərbaycan Texniki Universitetinin rektoru (2019-cu ildən). Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse prezidenti (2018–2020), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri (2018-ci ildən). 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1983–2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlmişdir. 1985–1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil almışdır. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) — "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparmışdır. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti seçilmişdir. 1995–1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil almışdır.