Prunella asiatica
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü.
Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval.