ASN.1

Abstract Syntax Notation One Mücərrəd sintaksis işarələnməsi 1
ASCII
ASP
OBASTAN VİKİ
Asnı piri
Asnı piri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindən şimalda yerləşən ziyarətgah. Pir Asnı çayının qaynağında yerləşir. Belə ki, Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır. Əfsanələrin birində deyilir ki, Güney Azərbaycanda bir oğlan varlı bir adamın qızını istəyirmiş. Qızın adı Asnı imiş. Qızın da oğlana meyli varmış. Atası qızı başqasına vermək istəyəndə oğlanla qız qaçaraq Qarabağlar kəndi yaxınlığındakı Qalacıq adlı yerə gəlirlər. Hər tərəf meşə imiş. Onların yeməyi, suyu qurtardığından oğlan su axtarmağa gedir və meşədə azır.