Sigizmundun asılan zəngi
Sigizmundun asılan zəngi (pol. Zawieszenie dzwonu Zygmunta na wieży katedry w roku 1521 w Krakowie) və ya "1521-ci ildə Krakovda kilsə qülləsindən asılan Sigizmund zəngi" - rəssam Yan Mateykonun 1874-cü ildə bitirdiyi rəsm əsərinin adıdır. Rəsmdə 1521-ci ildə Krakovdakı Vavel kilsəsinin qülləsinə Sigizmundun zənginin asılması təsvir edilir. Zəng Sigizmund qülləsinə qurulur və 1521-ci il 13 iyulda ilk dəfə çalınır. Zəng Polşanın milli simvollarından biri kimi qəbul edilir. Bu əsər Yan Mateyko tərəfindən çəkilən tarixi rəsm əsərlərindən biridir. Rəsmdə tarixi əhəmiyyətli insanlardan ibarət olan izdiham təsvir edilir. Rəsm Polşa intibahının qızıl dövrünü və Polşa krallığının gücünü göstərir.
Rəsmin bir neçə fərqli adları da mövcuddur. Bu adlara Mieçizlav Treter tərəfindən təklif edilən "Sigizmundun zəngini təqdis etmək…"(pol.