ata-babadan

since olden time / for a long time / from time immemorial c давних пор
Ata-ata - atıcı, minə-minə - minici.
Ata dost kimi bax, düşmən kimi min.
OBASTAN VİKİ
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Ak Ata
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927–1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma Ata
Asif Ata
Əfəndiyev Asif Qasım oğlu (Asif Ata — İnam Ata; 25 sentyabr 1935, Çaykənd – 6 iyun 1997, Bakı) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı. Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952–1957-ci illərdə Moskvadakı M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib. M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969–1975.
Ata Atacanov
Ata Atacanov (15 iyun 1922 və ya 1922, Marı – 1989, Türkmənistan) — Türkmənistan yazıçısı. Yazıçı, şair, dramaturq Ata Atacanov 1922-ci ilin dekabırın 15-də Türkmənistanın Marı vilayətinin ikinci Gökcə obasında qulluqçu ailəsində dünyaya gəlmişdi. Yeddi yaşından başlayaraq ana-atasının təhti-tərbiyəsində təlim-tərbiyələnib, sonra obalarındakı məktəbdə oxumuşdu. 1934–1938-ci illər Daşkənddəki pedaqoji texnikumda, 1938–1939-cu illər Aşqabaddakı pedaqoji institutda, 1949–1952-ci Ali partiya məktəbində, 1959–1960-cı illər Ali ədəbiyyat kursunda oxuyub, yazıçılığının inçə sirlərini əxz etmişdi. Şair əvvəlcə müəllımliklə, sonra jurnalistika ilə məşğul olmuşdu. Marı vilayətinin "Lenin bayrağı" qəzətində, radio müxbiri, "Yaş kommunist" qəzətinin redaktorının sahə redaktorı, sonra Krasnovodsk vilayət qəzətində, daha sonra "Sovet Türkmənistanı" qəzətinin redaktorı vəzifələrində, "Sovet ədəbiyyatı" jurnalının şöbə müdiri, redaktorının ədəbi işçisi vəzifələrində çalışmışdı. Yazıçı dörədicilik işinə 1941-ci ildə başlamışdı. İlkinci qoşqusı "Təzə il gəldi" adı ilə Taqtabazarın rayon qəzətində çap edilmişdi. Onun "Xoş qal əziz obam", "Ölməcək coya", "Yeniş", "Yar sarı uç guşum", "Çıkda sərət yollara", "Nəbəlli qəhrəman" adlı bir neçə qoşquları Böyük vətənpərvərlik barədədir. A. Atacanovın "Alma yenə gülləyər", "Türkmənistan baharı","Arzılı mehman", "Ədimmə edim", "Sallançagım səhra mənim", "Aylı ağşam" adlı kitablarının müəllifidir.
Ata Atakişiyev
Ata Atakişiyev (14 dekabr 1954, Bakı – 29 sentyabr 1997) — Azərbaycanın mahir klarnet ifaçısı. Ata Atakişiyev 1954-cü il dekabr ayının 14-də Bakıda dünyaya göz açıb. 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. O, 1971-ci ildə 31 saylı orta məktəbi bitirir.1975-ci ildə ailə həyatı qurur. Ata Atakişiyev 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır. Ata Atakişiyevin 1 oğlu və iki nəvəsi var. Ata Atakişiyev artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı. Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış.
Daş ata
Daş ata və ya daş baba – qədim türk qəbilələrində məzar daşı. Orta Asiya çölünün köçəriləri məskun nizamlı xalqlardan fərqli bir dünya görüşünə sahib idi. Sözgəlişi onlar ölülərini son yuxularına yatırdacaqları, yerləşmə yerlərinin xaricindəki sıxılmış və hüzn verici qəbiristanlıq anlayışına sahib deyildi. O biri dünyanın varlığına inanır və məzarlarında ölüyə bir baxıma həyat təqdim edirdilər. Ölənin atı, silahları, gündəlik həyatda istifadə etdiyi kimi əşyaları də məzara qoyurlardı. Hətta, bəzi kurganlarda ölünün yanında qadın və xidmətçi cəsədləri də tapıldı. Bunlar ölənlə birlikdə basdırılmış ola biləcəyi kimi, eyni zamanda ölmüş ya da özlərini öldürmüş də ola bilər. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandı. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi.
Geyik Ata
May Ata
May Ata — türk mifologiyasında varlıq tanrısıdır. Digər adı Pay (Bay) Atadır. İnsanların qoruyucusudur. Göyün üçüncü qatında oturar. Buddizmin təsiriylə Maitreya adlı tanrı ilə eyniləşdirilmişdir. Tunquslarda Mayın adı verilən bir ruhlar tanrısı vardır və kainatı yaratdığına inanılar. Bu tunqus tanrısı yeni doğulan körpələrə ruh verir. Tunguslar Mayın adlı lütfkar və yaradıcı tanrılarını da ağla gətirir. Altay mifologiyasında, Ülgənin göyün üçüncü qatında olduğuna inanılan iki oğlundan biridir. Ülgənin, insanların hamisi və piri sayılan oğludur.
Od Ata
Qorqud Ata
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Su Ata
Ud Ata
Ulu Ata
Xristianlıqda Ata
Ata yaxud Ata-Allah — xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır. Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar. Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir. Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır: “Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”. “Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır: “Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yel Ata
İlan Ata
ATA Alyansı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
ATA İttifaqı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
Ata pulu
Ata pulu (türk. Baba Parası) — Səlçuk Aydəmirin rejissoru həm də ssenaristi olduğu, 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı komediya filmi.
Ata ocağı
Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov,rejissor Rüfət Şahbazov və prodüser Amiran Babayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir. Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.
Kabus ata
Kabus ata (ing. Ghost Dad) — Sidni Puatye tərəfindən 1990-cı ildə çəkilən filmdir. Elliotun Denni, Amanda və Dayen adında övladları vardır. Övladlarının istədikləri arzulara vaxt ayırmayan Elliot cümə axşamı gününü gözləyir. Elliot həmin gündə taksilərdən birinə rast gəlir. Bu taksiçi avtomobilin sürətini artıraraq körpüdən aşır. Elliot koma vəziyyətinə düşür. Elliot keçmiş səhvlərini düzəltmək kabus halına dönür. Lakin onun çox az vaxtı vardır... Kabus ata — Internet Movie Database saytında.
Qorio Ata
"Qorio Ata" 1835-ci ildə yazıçı və dramaturq Onore de Balzak tərəfindən yazılmış romandır. 1819-cu ildə Parisdə keçən romanda üç xarakterin həyatından bəhs olunur — qoca Qorio, axtarışda olan cinayətkar Votren və sadəlöhv hüquq tələbəsi Ejen de Rastinyak. Roman 1834–1835-ci illərdə silsilə halında dərc olunmuşdur. "Qorio Ata" Balzakın ən önəmli romanı hesab olunur. İlk dəfə bu romanın xarakterləri yazarın digər əsərlərində də istifadə olunur və bu Balzakın ədəbiyyatının əsas səciyyələndirici xüsusiyyətlərindən biridir. Əsər həmçinin müəllifin realist tərzinin bir nümunəsidir, hansı ki yazar xırda təfərrüatlardan istifadə edərək obrazlarda alt mətn yaratmışdır. Roman fransız cəmiyyətinə dərin dəyişikliklər gətirən Burbon restavrasiyası zamanı baş verir. Daha yüksək sosial statusu təmin etmək üçün fərdlərin mübarizəsi kitabın əsas mövzusudur. Paris şəhəri də özünü obrazlarda büruzə verir, xüsusən də Fransanın cənubundakı əyalətlərdə böyümüş gənc Rastinyak. Balzak Qorio və başqaları vasitəsilə ailə və nikahın mahiyyətini təhlil edir, bu institutlara bədbin baxış verir.

Значение слова в других словарях