Yel Ata — türk mifologiyasında külək tanrısı. Digər adı Cel (Çel, Şil, Cil) Atadır. Yel Ata dünyadakı bütün fırtınaların, küləklərin, qasırğaların, burulğanların, tayfunların idarəçisi olan tanrıdır. Külək istəyən kəndlilər Yel Atanı köməyə çağırırlar. O da bir ovuc saman götürərək yem kimi atına verir. At küləyə çevrilib bir göz qırpımında istədiyi yerə çatır. Yel Ataya bağlı iyeler bunlardır.
Anadolunun cənubundakı türkmənlərin əsas ziyarət yerlərindən olan "Yel Baba" türbənin adı da "yel" sözü ilə əlaqədardır. "Al" ilə eyni kökdən gələn "yel" sözcüyü, həm köhnə, həm də yeni türkcədə "cin, pis ruh" mənalarında istifadə edilmişdir.
(Yel/Yil/İl/Zel/Cel) kökündən törəmişdir. "Meh" mənasını verir. Havanın yer dəyişdirməsi səbəbiylə meydana gələn axın. Ruh, can, sirr kimi anlamlarla eyni kökdəndir. Külək, meh deməkdir.