Atalar sözünün başı vicdan qorxusudur.

Cf. Proverb is not a reproach. Пословица не укор, а почешется и вор.
Atalar sözü öyüddür bizə.
Atalar üçdən deyib.
OBASTAN VİKİ
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədilə uydurulmuş bir anlayışdır.
Vicdan azadlığı
Vicdan azadlığı — vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var. Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Atalar sözləri
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Fatma Atalar
Fatma Atalar (d. 9 oktyabr 1988) — Türkiyəni təmsil edən həndbolçu. Fatma Atalar, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Fatma Atalar, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Atalar Günü
Atalar Günü (ing. Father's Day) — Ataların şərəfinə hər il keçirilən bayramdır. İyun ayının 3-cü həftəsində qeyd olunur. ilk dəfə ABŞ-da 19 iyun 1910-cu ildə qeyd olunub. Bu bayramın yaradılmasının təşəbbüskarı Vaşinqton ştatının Spokane şəhərində yaşayan xanım Dodd olmuşdu (1882–1978) . O, atasına və onun vasitəsilə Amerikada uşaq tərbiyəsi ilə məşğul olan bütün qayğıkeş atalara minnətdarlığını bildirmək istəyirdi. Bir cox ölkədə bu bayramı fərqli tarixlərdə keçirirlər.
İran sözünün etimologiyası
İran sözü, ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında Orta farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlmişdir. Burada Orta Farscadakı yazılarda müşahidə edilən Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān (Pahlavi: ... ʼryʼn) ifadəsi istifadə edilərkən, kralın Orta Farscadakı yazılardakı adı ardašīr šāhān šāh ērāndır.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu — insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Atalar (film, 1983)
Atalar (fr. Les Compères) — 1983-cü ildə komediya janrında çəkilmiş Fransa istehsalı olan film. Rejisorun və yazarın Fransis Veberin olduğu bu filmdə həmçinin Jerard Depardye, Pyer Rişard və Anny Duperey kimi məşhur fransız aktyorları da rol almışdır. Les Comperes, 1997-ci ildə Amerikada "Atalar günü" olaraq yenidən səhnələndirilmişdir. Günlərin birində yeniyetmə evdən qaçır və ailəsi onu axtarmağa başlayır. Övladını tapmaqda çətinlik çəkdiyini görən ana, hamiləlik başlanğıcında sevgilisi olduğu iki adamı taparaq onlara hadisəni izah edir və yeniyetmənin atasının məhz onlar olduğuna inandırmağa çalışır. Beləliklə onlarla ayrı ayrı vaxtlarda görüşərək övladını tapmalarına köməklik göstərmələrini istəyir. Eks-sevgililərdən biri (Depardye) Mafiyalarla bağlı araşdırma aparan cüssəli jurnalist, digəri isə (Rişard) telefon zəngini alana qədər sui-qəsd haqqında fikirləşən və major depressiyada olan köhnə müəllimdir. Bu ikili yeniyetmənin birlikdə qaçdığı qızın atasının iş yerinə gedərək məlumat almaq istəyən zaman təsadüfən tanış olur və axtarışlara bərabər davam etməyə qərar alırlar. Nəticədə yeniyetmə uzun axtarışlardan sonra tapılır və hər iki tərəfə də ayrılıqda onun atası olduğunu izah edərək hər iki tərəfin qəlbini alır.
Atalar və oğullar
Atalar və oğullar — rus yazıçı İvan Turgenevin ən məşhur əsəri. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850-ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" — Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik.
Frans Kafkanın başı
Frans Kafkanın başı (çex. Hlava Franze Kafky) və ya Kafka heykəli – heykəltaraş David Çerni tərəfindən hazırlanmış və bohemiyalı almandilli yazıçı Frans Kafkaya həsr olunmuş heykəl. Çexiyanın paytaxtı Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında quraşdırılmışdır. Kinetik heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir. Metalmarfoz Vikianbarda Frans Kafkanın başı ilə əlaqəli mediafayllar var.
Professor Douelin başı
"Professor Douelin başı" — Rus fantast yazıçı Aleksandr Belyayevin olduqca məşhur elmi-fantastik romanlarından biridir. Əsərin ilkin variantı "Fəhlə qəzeti"ndə 1925-ci ildə hekayə formasında dərc edilmişdir. Roman ilk dəfə elə həmin ildə "Vsemirnıy sledopıt" (Az. "Ümumdünya ləpirçisi") jurnalında dərc edilir. Xəstəlik səbəbindən tamamilə hərəkət qabiliyyətini itirmiş Belyayev onu avtobioqrafik hekayə adlandırmış, "bədənsiz başın nə hiss etdiyni" demək istəmişdir. 1923-1928-ci illərdə Aleksandr Belyayev Moskvada yaşamış və poçt-teleqraf xalq komissarlığında hüquq məsləhətçisi kimi çalışmışdır. Yaradıcılığının moskva dövründə o "Professor Douelin başı" hekayəsini (sonralar romanı), "Həlak olmuş gəmilər adası", "Atlantidadan gəlmiş sonuncu adam", "Amfibiya-adam", "Efirdə mübarizə" romanlarını və hekayələr silsiləsini qələmə alır. "Professor Douelin başı" əsəri ilk dəfə 1925-ci il 16-21, 24-26 iyun saylarında (1 hekayə) "Fəhlə qəzeti"ndə, 1925-ci il "Ümumdünya ləpirçisi" jurnalının 3-4-cü saylarında çap edilmişdir. Parisli professor-xirurq Kern gizli şəkildə insan başının cana gətirilməsi istiqamətində uğurlu işlər görür. Onun şəxsi klinikasına assistent kimi çalışan Mari Loran təsadüfən öyrənir ki, Kern araşdırmalarındakı uğurlarını keçmiş rəhbəri olmuş, şübhəli şəraitdə vəfat etmiş, məşhur professor Douelin cana gətirilmiş başına borcludur.
Təpə Başı (Xoy)
Təpə Başı (fars. تپه باشي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (111 ailə).
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Banya Başı məscidi
Banya Başı məscidi (bolq. Баня баши джамия, türk. Banya Başı Camii) — Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid. Xeyriyyəçi Molla Əfəndi Kadı Seyfullahın təşəbbüsü və maddi yardımı ilə tikilib. Belə ki, müxtəlif mənbələrdə məscid “Molla Əfəndi” məscidi adı ilə və ya “Kadı Seyfullah” kimi də göstərilir. Qapının üstündəki tağda yerləşən daşın üzərində mətn köhnə boya ilə yazılıb, onu oxumaq mümkün deyil. Mətnin altında 974-cü il tarixi göstərilir ki, bu da məscidin hicri təqvimo ilə (islam təqvimi) 974-cü ildə və ya 1566-1567-ci illərdə tikildiyini göstərir. Tikintisi 1567-ci ildə tamamlanan Banya Başı Avropanın ən qədim məscidlərindən biridir. Məscid öz adını hərfi mənada “hamamdan əvvəl” mənasını verən Banya Başi ifadəsindən alıb. Məscidin ən görkəmli xüsusiyyəti onun əslində təbii termal spa üzərində inşa edilməsidir.
Susmuş vicdan (film, 2010)
Filmdə iki dostun və bir ailənin başına gələn faciələrdən bəhs olunur. İki dost öz sevgililəri ilə Qubada istirahətə gedirlər. Lakin səbəbsiz yerə bir dostu bıçarlayaraq öldürürlər və bu hadisədə haqsız yerə dostu Aqşin günahlandırılır. Beləliklə iki dostun ailələri arasında münaqişə yaranır. Bu münaqişənin axarıyla hadisələrə yeni obrazlar daxil olur. Filmin büdcəsi 2000 AZNdir. Titrlər: Serialda canlandırılmış obrazlar təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Serialın çəkilişində Azərbaycan bayrağı ordenli İbad Hüseynovun şəxsi arxivinin materiallarından istifadə olunmuşdur.
Vicdan haqqı (teleserial, 2016)
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Niderland atalar sözləri (tablo)
Niderland atalar sözləri (nid. Nederlandse Spreekwoorden) — Niderland rəssamı Böyük Piter Breygel tərəfindən 1559-cu ildə çəkilmiş rəsm əsəri.
Əmsal (Ərəb Atalar Sözləri)