Paşalı Axtarma palçıq vulkanı
Paşalı Axtarması palçıq vulkanı - Azərbaycanda olan ən iri palçıq vulkanlarından biridir.
Bu palçıq vulkanında Osmanbozdağ palçıq vulkanı kimi antiklinalın Böyük hərəmi, Kiçik hərəmi və Qalamədin kəsişdiyi düyündə yerləşir. Bu vulkan relyefdə Ləngəbiz silsiləsinin bir qədər alçalmış gədik hissəsinə uyğun gəlir. Şirvan düzündən 300 m, Pirsaatçayın dərəsindən isə 140 m ucalır. Vulkanın krateri dairəvi formaya yaxın olub vallarla haşiyələnmişdir. Bu valların nisbi yüksəkliyi 5–10 m-ə çatır.
Paşalı Axtarması palçıq vulkanı da respublikamızın ən iri və uca (299,5m) palçıq vulkanından biri olduğundan o da aşağı Bakı dövründən başlayaraq dəniz altından azad olmağa başlamışdır. Bu palçıq vulkanı zirvəsi səviyyəsində, ondan cənuba və şimala doğru Ləngəbiz silsiləsinin qərb yamacında aşağı Bakı yaşlı dəniz terrasları intişar tapmışdır.