ATLANTİDA

Atlantidanın harada yerləşməsi barədə müxtəlif fikirlər vardır. Əfsanəyə görə A. Cəbəllütariq boğazından qərbdə Atlantik okeanında yerləşmiş bir ada olmuşdur. Bəzi alimlərə görə A. Aralıq dənizinin qərb hissəsində Tirren dənizinin yerində mövcud olmuşdur. Akad. L.S. Berq, «Atlantida və Egeida» adlı məqaləsində göstərir ki, A. Egey dənizinin yerində olmuşdur. İndi artıq məlumdur ki, bir zamanlar Kiçik Asiyanı Balkanyarımadası ilə birləşdirən Egeida qurusu olub, onun yerində dənizin əmələ gəlməsi insanın yaranması ərəfəsində olmuşdur. Атлантида Atlantida
AŞIRIM
ATLANTİK TİPLİ ARALIQ SİLSİLƏLƏRİ
OBASTAN VİKİ
Atlantida
Atlantida adası (yun. Ἀτλαντὶς νῆσος) — ilk dəfə qədim yunan alimi Platon (yun. Πλάτων E.ə. 428/E.ə. 427, Afina — E.ə. 348/E.ə. 347) tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə. Atlantidanın faciəvi tarixi haqqında ilk məlumatlar qədim yunan filosofu Platon tərəfindən qeyd olunmuşdur. Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini bildirir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur.
Atlantida mağarası
Atlantida — Ukrayna ərazisində yerləşən karst mağarası. Mağara Zbruç çayının vadisində, Zavale-Kamenes kəndinin yaxınlığında yerləşir. 1975-ci ildən mağara geoloji təbiət abidəsi kimi qorunur. Qorunma ərazisi 10 hektardır. Əraziyə Xmelnis vilayətinin turizm və ekskursiya birliyi nəzarət edir. == Ümumi məlumat == Atlantida Podolye ərazisində yerləşən mağaralardan yeganə üç mərtəbəli qurluşa malik mağaradır. Alt mərtəbə (birinci) hündür və geniş zala malikdir. İkinci mərtəbə alçaq olub 1-1,5 metrdir. Üçüncü mərtəbə isə hündürlüyü 5 metr olan iki girişə malikdir. Birinci və ikinci mərtəbələrin kəsişdiyi ərazidə böyük zal mövcuddur (12 metr).
Atlantida: Maylonun qayıdışı
Atlantida: Milonun qayıdış (ing. Atlantis: Milo's Return) — 2003-cü ildə "Volt Disney" tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. == Məzmun == Maylo, Kida və onun komandası yeni macəralar axtarışındadırlar. Onlar ilk ekspedisiyalarında sualtı sivilizasiyanı kəşf etmişdilər. Maylonun komandası ilk ekspedisiyada çoxlu macəralardan keçərək sualtı sivilizasiyanı xilas etmişlər. Amma bu dəfə komanda yerüstündə baş verən təhlükəni aradan qaldırmalı və Atlantidanı tərk etməlidilər...
Atlantida (film, 2019)
Atlantis (ukr. Атлантида) 2019-cu ildə rejissor Valentin Vasyanoviçin çəkdiyi Ukrayna filmidir. Film 2019 Toronto Beynəlxalq Film Festivalında Modern Dünya Filmi bölümündə göstərildi. 76-cı Venesiya Beynəlxalq Film Festivalında Ən Yaxşı Film üzrə "Horizon" mükafatını qazandı. == Məzmun == Filmdəki rolların hamısı da qazilər, könüllülər və əsgərlər tərəfindən oynanılıb. Heç bir professional aktyora yer verilməyib. Baş rollardan birini Donbass müharibəsində iştirak edən keçmiş bir əsgər olan Andrey Rimarik oynayıb. Ukrayna-Rusiya arasındakı müharibədən sonrakı vəziyyəti əks etdirən filmdə müharibə sonrası travma yaşayan Sergey ilə könüllü olaraq xidmət edən Katya arasındakı münasibətlər üzərindən hadisələr göstərilir.
Atlantida: İtirilmiş imperiya
Atlantida: İtirilmiş İmperiya (ing. Atlantis: The Lost Empire) — 15 iyun 2001-ci ildə Volt Disney tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. == Məzmun == Minlərlə il əvvəl Atlantida, əzəmətin zirvəsini yaşayan çox güclü bir xalq idi. Ancaq Kral və ətrafındakılar, əllərindəki bu yüksək gücü dünyaya hökm etmə məqsədiylə istifadə etmək üçün cəhd etdilər. Bu səbəbdən çox böyük bir döyüş çıxdı və böyük sivilizasiya yer üzündən yox oldu. Nəhəng bir qabarma-çəkilmə dalğası okeanın dərinliklərinə basdırılan sivilizasiya sanki heç vaxt mövcud olmamış kimi itkin düşdü. 1914-cü ildə Xəritə və Dilçilik mütəxəssisi cavan ABŞ alimi Maylo Ceyms Tetç Vaşinqton Muzeyində, itkin qitə Atlanıldısan yerini bildiyi mövzusunda Muzeydəki həmkarlarını razı salmağa çalışır. Babası Taddeus Tetç ona əsrarəngiz bir sivilizasiyadan söz etmiş və "Çobanın gündəliyi" adını daşıyan bu antik kitabın içində qitənin yerinə bağlı açar məlumatın olduğunu izah etmişdir.
Atlantida: İtirilmiş imperiya (cizgi filmi, 2001)

Atlantida 2: Maylonun qayıdışı (cizgi filmi, 2003)
Atlantida: Milonun qayıdış (ing. Atlantis: Milo's Return) — 2003-cü ildə "Volt Disney" tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. == Məzmun == Maylo, Kida və onun komandası yeni macəralar axtarışındadırlar. Onlar ilk ekspedisiyalarında sualtı sivilizasiyanı kəşf etmişdilər. Maylonun komandası ilk ekspedisiyada çoxlu macəralardan keçərək sualtı sivilizasiyanı xilas etmişlər. Amma bu dəfə komanda yerüstündə baş verən təhlükəni aradan qaldırmalı və Atlantidanı tərk etməlidilər...
Xəzər Atlantidası (film, 1975)
Kür çayının mənsəbində XI-XII əsrlərdə şəhər olub. Hazırda orada "Bəndovan" deyilən yarımada mövcuddur, alimlər tapılmış kiçik şəhərciyi də şərti olaraq belə adlandırmışlar. Axtarışlar suda və quruda davam edir. Sualtı arxeologiya köhnə, eyni zamanda cavan elmdir. Onların köməyinə akvalanqlar gəlir. Film bu maraqlı tapıntı barədədir.
Xəzər Atlantidası (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.