ATILMAQ


1.Atmaq”dan məch.
2. t-siz. Bir şeyin üstündən hoppanmaq, hoppanıb tullanmaq. Xəndəkdən atılıb keçmək.
// Hündür yerdən aşağıya tullanmaq, tullanıb düşmək. Barıdan atılmaq. Barıdan atılmaq. Dənizə atılmaq. Pəncərədən atılmaq.
3. t-siz. Cəld yönəlmək, yerimək, yüyürmək, cummaq; üz tutmaq; özünü atmaq. Hamı səs gələn tərəfə atıldı.
– Atıl cəbhələrə aslanlar kimi… S.Vurğun.
Ağabəyim şən addımlarla atılaraq otaqdan çıxdı. Çəmənzəminli.
Məhbusi tez həyətdən küçəyə lampa işığına atıldı… M.İbrahimov.

// t-siz. Sıçramaq, hücum etmək.
◊ Atılıb-düşmək1) qalxıb düşmək, tərpənmək, enib-qalxmaq;
2) çalışıb-çapalamaq, əlləşmək, vurnuxmaq; çox oynamaq, hərəkət etmək.
[Şahnisə xanım:] – Ay qara qız, – dedi, – deyəsən yorğunsan, bənizin qaçıb. Axşam sənə dedim ki, az oyna, az atıldüş. Çəmənzəminli;
3) etiraz etmək, narazılıq göstərmək, müqavimət göstərmək. Çox atılıb-düşmək.
Nə atılıb-düşürsən? – [Gövhərtac:] Bir iki gün atılıb-düşüb yerində əyləşəcək. Ə.Haqverdiyev;

4) (bəzən “sevincindən”, “şadlığından” sözləri ilə) çox sevinmək, şadlanmaq, özündən çıxmaq.
[Kərim baba] nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. A.Şaiq.

Синонимы

  • ATILMAQ atılmaq bax hoppanmaq
  • ATILMAQ yarışmaq
  • ATILMAQ yerimək — yüyürmək — cummaq
  • ATILMAQ vuruşmaq — dalaşmaq — söyüşmək
  • ATILMAQ hoppanmaq — tullanmaq — sıçramaq

Антонимы

  • ATILMAQ ATILMAQ – DÜŞMƏK Atıl cəbhələrə aslanlar kimi (S.Vurğun); Bu səslər altında Zeynəb düşüb yerində oturdu (M
ATILMA
ATIM

Значение слова в других словарях

андроги́ния вдвига́ние конгломера́ция кре́до лего́нько навалоотбо́йка общедосту́пный обыдёнкою оштукату́рить деклама́тор наболе́ть офице́рщина проёмный ссо́хнуться у́точкой emplane guarantee fund indebted Irtysh Minorite божество ненужный понтонный разработать финифть