Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Asuna Tanaka
Asuna Tanaka (d. 23 aprel 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 3 qol vurub.
Asuna Yuuki
Asuna Yuuki (結城 明日奈, Yūki Asuna) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Əsasən ranobe dünyasındakı video oyunlarda oynadığı zaman istifadə etdiyi Asuna (アスナ, Asuna) oyunçu adı ilə tanınır. Asuna "Sword Art Online"-ın ən güclü oyunçularından biri olan Kiritonun sevgilisi və Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin (血盟騎士団, Ketsumei Kishidan) liderlərindən biri kimi təqdim olunur. Güclü oyunçu reputasiyası ona Şimşək (閃光, Senkō) ləqəbini qazandırmış, bir çox oyunçunun ona rəğbət bəsləməsinə gətirib çıxarmışdır. Kirito və Asuna animanqa fanatları arasında çox böyük populyarlığa malikdirlər və tez-tez ən populyar animanqa personajları siyahılarında peyda olurlar. Personaj tənqidçilər tərəfindən seriyadakı roluna və Kirito ilə münasibətinə görə müsbət qiymətləndirilmişdir. == Personaj == Seriyanın yaradıcısı Reki Kavahara verdiyi bir müsahibədə bildirmişdi ki, "Sword Art Online"-dakı qadın personajları yaradarkən real dünyada heç kimdən ilhamlanmamışdır: "Mən adətən yazmazdan öncə hansısa personaj, qurma və ya başqa bir şey üzərində işləmirəm. Hekayəni yazdıqca qız personajlar indiki vəziyyətinə gəlib çatırdılar. Bir şəkildə, dəqiq bilmirəm, amma bir şəkildə subliminal ideyalarım və ya gizli emosiyalarım personajları güclü və bacarıqlı hala gətirir". Kavahara həmçinin əlavə etmişdi ki, o, ranobe seriyasını video oyunları sosial xəstəlik və ya real həyatdan qaçış vasitəsi kimi deyil, daha müsbət xüsusiyyətlərə malik olduğunu göstərmək üçün yazır.
Asuna (Sword Art Online)

Assuva
Assuva — Anadolunun qərbində konfederasiyası. Bu, hetlərə qarşı müharibə aparmaq üçün yaradılmışdır və e.ə.. 1230-cu ildə IV Tudxaliyanın başçılıq etdiyi het ordusu tərəfindən məğlub edilmişdir. Helmut Bossert sonradan yaranmış Asiya adının Assuvadan gəldiyini, bu adın əvvəlcə yalnız Anadoluya aid ediliyini və Makedoniyalı İsgəndərin yürüşləri dövründə Yunanıstanın şərqindəki torpaqların hamısını ifadə etdiyini irəli sürmüşdür. == Üzvlərin siyahısı == IV Tudxaliyanın "Annallar"ında koalisiyanın tərkibi göstərilmişdir. Siyahı cənubdan şimala doğru verilmişdir: adı "-ugga" və ya "-luqqa" ilə bitən ölkə. Kispuva ( Kispuwa ). Unaliya ( Unaliya ). başlıq zədələnib. Tura (Dura).
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Asuan
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Aykun
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, qulaq as) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Hyuna
Kim Hyuna (d. 6 iyun 1992) — Cənubi Koreyanın rəssam səsyazma, rəqqasə, mahnıyazar və modelidir.
Atsuta-cinqu
Atsuta məbədi (熱田神宮, Atsuta-cinqu) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərinin Atsuta rayonunda yerləşən şintoist məbədi. Deyilənə görə əfsanəvi qılınc Kusanaqi bu məbəddə saxlanılır. == Tarixi == Əfsanəyə görə məbəd əfsanəvi döyüşçü Yamato Takerunun həyat yoldaşı tərəfindən IX əsrdən öncə tikilmişdir. Belə ki, Yamato Takeru Şərqi Yaponiyanı imperator hakimiyyətinə tabe etməyə çalışarkən Kusanaqi sayəsində möcüzəvi şəkildə sağ qalmışdır. Yerli əfsanəyə görə isə məbəd VIII əsrdə Çin imperatoru olmuş Syuan-tszunun sevimli məşuqəsi Yan Quyfeyə həsr olunmuşdur. Syuan-tszu Yaponiyanı işğal etmək planı qursa da, vaxtının çoxunu Yan Quyfeyə sərf etdiyi üçün Yaponiya xilas olmuşdur.808-ci ildə məbəd böyük populyarlıq qazanmağa başlamışdır, belə ki, həmin il ritualist İnbe no Hironari məbədin saraya qarşı olan laqeydliyinə etiraz etmişdir. Bu dövrdən etibarən məbəd ən yüksək dərəcəli məbəd olmuş və böyük ianələr qəbul etmişdir. Atsuta məbədi imperatorluq sarayının, XV əsrdən etibarən isə Muromaçi və Tokuqava şoqunluqlarının hamiliyində olmuşdur.Məbədin xüsusi statusu İmperator Meycinin 1868-ci ildə taxta çıxdığı vaxtda da tanınmışdır. Belə ki, bu zaman məbədə imperatorun nümayəndələri göndərilmişdir. Bu cür münasibət görən başqa bir məbəd təkcə Böyük İse məbədi olmuşdur.
Atsuta məbədi

Aysənan Abbasov
Aysənan Əsgər oğlu Abbasov (29 iyun 1992, Tərtər rayonu – 30 sentyabr 2020, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aysənan Abbasov 29 iyun 1992-ci ildə Tərtər rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Aysənan Abbasov 27 dekabr 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aysənan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aysənan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aysənan Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aysənan Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Aysənan Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Daysun xan
Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı. == Həyatı == Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.
Mitihiro Yasuda
Mitihiro Yasuda (d. 20 dekabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Miçio Yasuda
Miçio Yasuda (d. 10 noyabr 1949) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Terminalia arjuna
Terminalia arjuna (lat. Terminalia arjuna) — kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Zaytuna Bikbulatova
Zaytuna Bikbulatova (tam adı: Bikbulatova Zaytuna İslamovna, başq. Зәйтүнә Ислам ҡыҙы Бикбулатова; 28 may (10 iyun) 1908, Ufa quberniyası – 23 fevral 1992, Ufa) — başqırd aktrisası. SSRİ xalq artisti (1973). == Həyatı == 10 iyun 1908-ci ildə Çişmin rayonunun Safarovo kəndində anadan olmuşdur. 23 fevral 1992-ci ildə Ufada vəfat etmişdir. Ufa müsəlman qəbiristanlığında dəfn edilmişdir. == Ailəsi == Makarim Maqadeyevlə evli olmuşdur. == Karyerası == Zaytuna Bikbulatova Ufa İncəsənət Texnikumunun teatr şöbəsini bitirmişdir. Səhnə fəaliyyətinə 1927-ci ildən Ufadakı Başqırdıstan Dram Teatrında başlamışdır. 1961–1984-cü illərdə Başqırdıstan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı.FilmlərAyna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu.
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Ayana Cons
Ayana Money Stenli Cons (20 iyul 2002 –16 may 2010) Detroytun Şərq tərəfində 16 may 2010-cu ildə Detroyt Polis Departamentinin Xüsusi qrupu tərəfindən həyata keçirilən reyd zamanı polis məmuru Cozef Uikli tərəfidən başından vurularaq öldürülən yeddi yaşlı afrika-amerikalı bir qız. Onun ölümü milli medianın diqqətini çəkdi və ABŞ nümayəndəsi Con Koners ABŞ Baş prokuroru Erik Holderdən hadisə ilə əlaqədar federal araşdırma aparmağını istəyir.Polis məmuru Cozef Uikli Consun ölümü ilə əlaqədar ittiham edildi. 2011-ci ilin oktyabrında Uikli qeyri-ixtiyari adam öldürmə və silahla ehtiyatsız davranmaqda ittiham edildi. Uiklinin ilk məhkəməsi qüsurlu məhkəmə prosesinə görə 2013-cü ilin iyun ayında başa çatdı. 2014-cü ilin sentyabrında Uiklinin işinə yenidən baxıldı, ikinci məhkəmə baş tutdu. Oktyabrın 3-də hakim Uikliyə qarşı qeyri-ixtiyari adam öldürmə ittihamını rədd etdi, yalnız bir ittihamla mühakimə olundu:ehtiyatsızlıq ucbatından atəş açılıb. Oktyabrın 10-da ikinci məhkəmə qeyri-qanuni nəticələndi. 28 yanvar 2015-ci ildə prokuror Uiklinin üçüncü məhkəmə prosesinin olmayacağını təmin edərək ona qarşı olan son ittihamdan Uiklini xilas etdi. == Hadisə == 14 may 2010-cu il Cənub-Şərqi liseyinin böyüyü Bleyk Detroydun şərq tərəfindəki Mak və Benito kəsişdiyi yerdə vurularaq öldürüldü. Ertəsi günün sonunda polis Çonsi Ouensi atışmada şübhəli olaraq müəyyənləşdirdi və gizləndiyi güman edilən 4054 Lillibricdə küçəsində axtarış aparmaq üçün qərar aldı.
Ayssa Layduni
Ayssa Bilal Layduni (ərəb. عيسى بلال العيدوني‎) (13 dekabr 1996) — Tunis futbolçusu, futbol üzrə Macarıstan çempionatında çıxış edən "Ferentsvaroş" GK-nın və Tunis milli futbol komandasının yarımmüdafiəçisi. == Klub karyerası == Layduni Liqa 1-də çıxış edən "Trua" FK-nın heyətində klubun gənc oyunçusu kimi 2 aprel 2016-cı ildə debüt etmişdir. == Beynəlxalq karyera == Laydouni Fransada anadan olub, Əlcəzair və Tunis əsillidir. O, 19 mart 2021-ci ildə Tunis milli komandasını təmsil etmək üçün çağırılmışdır. Laydouni 25 mart 2021-ci ildə Liviyaya qarşı AFCON 2021 seçmə oyununda debüt etmişdir.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Ayuka xan
Ayuka və ya Ayuki xan (1642, Cunqariya, Sincan-Uyğur Muxtar Rayonu – 1 (12) mart 1724) — Kalmık xanı. Onun hakimiyyəti illərində Kalmık xanlığı özünün çiçəklənmə dövrünü keçirmiş və iqtisadi, hərbi, siyasi baxımdan özünün ən güclü dövrünü yaşamışdır. Rusiya adına Ayuka xan imperiyanın cənub sərhədlərini qoruyurdu. O, həmçinin rus qoşunları ilə birlikdə müsəlman tayfalarına qarşı olan bir çox hərbi ekspedisiyalarda iştirak etmişdir. Bu ekspedisiyalar Mərkəzi Asiyaya, Şimali Qafqaza və Krıma qarşı olmuşdur. == Həyatı == O, özünün kalmıklardan ibarət ordusundan Kazanda və Orenburqdakı başqırd üsyanlarının yatırılmasında istifadə etmişdir. Rusiya imperiyası hökuməti danışıqlar üçün Knyaz Qolitsin Aleksey İvanoviçi göndərmişsə də, kalmıklara olan rus hücumları sonlandırılmamışdı. Rusiya imperiyası hakim dairələri Volqanın aşağı axarı boyunca öz mövqelərini daha da möhkəmləndirmək istəyirdilər. Buna görə də, onlar əllərindəki bütün imkanlarla Ayuka xanı dəstəkləyirdilər. Bunun qarşılığında Ayuke xan öz ordusu ilə daim rusların xidmətində olmuşdur.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Aşura
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
II Arşuşa
II Arşuşa — Quqark knyazlığının beşinci knyazı. Avarayr döyüşündə iştirak edə bilməmiş, əvəzində döyüşdən sonra Vasak Sünidən əsir saxladığı qaynı Vardan Mamikonyanın qardaşı oğullarını geri almışdır.
I Arşuşa
I Arşuşa — I Perozun nəvəsi Quqark knyazlığının üçüncü knyazı, II Aspakurun qaynı.