au!

int. ay! vay!
Autozubehör
avancieren
OBASTAN VİKİ
.au
.au — Avstraliyanın internet kodu. == Tarixi == Domen adı əvvəlcə Con Postel tərəfindən təsis edilmişdir. O, 1986-cı ildə Melburn Universitetinin IANA operatoru Kevin Robert Elz üçün açıldı. Təxminən beş illik bir müddətdən sonra, 1990-cı ildə, .au Domain Administrasiyası internet sektorunda özünü tənzimləyən bir qurum olaraq açıldı. 2001-ci ildə ICANN-dan təsdiq alır və 1 iyul 2002-ci ildə domen qeydiyyatı üçün yeni rəqabət rejimi başlayır.
AU
Azərbaycan Universiteti və ya qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet. == Tarixi == Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur. Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır. 2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur. == Tədrisin təşkili == Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir.
Au yarımadası
Au yarımadası (alm. Halbinsel Au‎) — İsveçrənin Sürix kantonunda, Sürix gölündə yerləşən yarımada. == Tarixi == Yarımada Surix kantonunun ərazisinə 1150-ci ildə daxil edilmişdir. Ancaq burada ilk yaşayış 1316-cı ildə qurulmuşdur. 1651-ci ildə yarımada və ora daxil olan bütün mülkiyyət isveçrəli general və dövlət xadimi, Qans, Rudolf Verdmyuller tərəfindən satın alınmışdır. Onun ölümündən sonra bütün mülkiyyət Sürix kantonuna qaytarılmışdır Fridrix Qotlib öz şerlərində buranı hər isveçrəlinin müqəddəs yeri olaraq göstərir. Hazırda Au Vedensvil kommunası ərazisinə daxildir. Yarımada ərazisinə ancaq xüsusi katerlərdə getmək olar. 2007-ci ilin 31 dekabr tarixli məlumatına görə yarımadada 615 nəfər yaşayır.