AUTENTİKASİYA

is. \[ing. authentication\] Subyekt müəyyən vasitələrdən (parol, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar, şəxsi kart və ya digər təyinatlı analoji qurğu, səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarından) ən azı birini təqdim edərək özünün həqiqiliyini təsdiq etməsi; həqiqiliyin yoxlanması.
AURA
AUTİZM
OBASTAN VİKİ
Autentikasiya
Autentifikasiya (yun. αὐθεντικός, ing. səs authentikos, "əsl, orijinal") hansısa varlığın (qurum, şəxs və ya sistemin) doğruladığı bir məlumat parçasının doğruluğunun təsdiq edilməsidir. Autentifikasiya vasitəsilə ikinci tərəf əmin olur ki, subyekt, doğrudan da, özünü qələmə vermiş şəxsdir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt "həqiqiliyin yoxlanması" işlədilir. Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar); sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu); özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarını). İnformatika İdentifikasiya Password Management Best Practices. Password Policy Guidelines. General Information on Enterprise Authentication Arxivləşdirilib 2008-01-14 at the Wayback Machine.

Digər lüğətlərdə