Sabanejewia aurata
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü.
Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır.
D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.