Avaca
Qatıqdan hazırlanmış xörək növünün adıdır. Azərbaycan dilinin dialekt və şivələrində “avaca” sözünün omonimliyi müşahidə olunur. Belə ki, Füzuli şivəsində “avaca” sözü həm “qatıqdan hazırlanmış xörək”, həm də “növbə” mənasında işlənir.
Dünən anam avaca pişirmişdi; - Biz topağı avaceynən əkirix. (1, 16)
“Avaca” xörək növünün adı Azərbaycan ədəbi dilinə yol tapa bilməmişdir. Avaca sözünün sonundakı –ca şəkilçisi feillərdən isim düzəldir.