Avrodollar
Avrodollar — adətən Avropada banklarda ABŞ dolları əmanətləridir. Depozit ABŞ hüdudlarından kənarda aparıldığı üçün Federal Ehtiyat Sisteminin və Qiymətli Kağızlar və Birja Komissiyasının bank qaydalarından qaçır.
Dollarla olan bank hesabları banklara beynəlxalq kapital bazarında əməliyyatlar üçün dollar valyutasından istifadə etməyə imkan verir.
== Avrodollar fyuçersləri ==
Avrodollar fyuçersləri ABŞ-da CME birjasında satılır və ən populyar faiz fyuçersləri arasındadır. Avrodolların (P) tədarükü üzrə müqavilənin həcmi aşağıdakı sxem üzrə hesablanır:
P
=
$
10000
∗
(
100
−
0
,
25
∗
(
100
−
Q
)
)
{\displaystyle P=\$10000*(100-0,25*(100-Q))}
,
burada Q — fyuçerslərin hesablama qiyməti.