Avzuri
Arxaikləşmiş çörək növünün adıdır. Azərbaycan dilinin dialekt və şivələrində müşahidə olunmur. Mahmud Kaşğari bu sözü “buğda və arpa unu qarışdırılaraq hazırlanan çörək, qarışıq çörək” mənasında izah edir. (8, 201)
Fikrimizcə, bu sözün kökündə “ovmaq” feili dayanır. “Ov” və “ruzi” sözləri əsasında formalaşan bu xörək adının mənası “ovma, yoğurma yolu ilə hazırlanan çörək” deməkdir. Müasir türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində bu sözə rast gəlinmir.