Axıska türkləri (film, 2008)
Axıska türkləri tammetrajlı sənədli televiziya filmi rejissor Elşən Zeynallı tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə Axısqa türklərinin tarixboyu başlarına gətirilən zülmlər, 1944-cü ildə Stalin repressiyası zamanı deportasiyaya məruz qalmaları, harada məskunlaşmasından asılı olmayaraq xalqın mədəniyyəti, əhalinin məşğuliyyəti, adət-ənənələri haqda geniş bəhs edilir.
== Məzmun ==
Axısqa türkləri Qazaxıstanda, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biridir. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.
Müəzzəm Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri də Axısqa türkləridir. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımızın danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim Türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki Türklərlə çox yaxındır.
Filmdə bu xalqın tarixboyu başlarına gətirilən zülmlər, 1944-cü ildə Stalin repressiyası zamanı deportasiyaya məruz qalmaları, harada məskunlaşmasından asılı olmayaraq xalqın mədəniyyəti, əhalinin məşğuliyyəti, adət-ənənələri haqda geniş bəhs edilir.