Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çağırışa Cavab (1947)
Çağırışa cavab (film, 1947)
Ktulhunun çağırışı
"Ktulhunun çağırışı" (ing. The Call of Cthulhu) — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə. Lavkraft qorxu janrında olan hekayə Ktulhu adlı bir tanrıdan və ona sitayiş edən qəddar bir kultdan bəhs edir. Hekayə ilk dəfə 1928-ci ilin fevral ayında "Weird Tales" pulp-jurnalında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir. == Obrazlar == Corc Qemmel Encell (ing. George Gammell Angell) – protaqonistin babasının qardaşı. O, Ktulhu iblisanə kultu ilə əlaqədar olan qəribə hadisələri araşdırıb öyrənməyə başlayır. Corc Q. Encell sirli bir şəkildə vəfat edir.
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. == Tərkibi == Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Çığırtma plov
Çığırtma plov — Azərbaycanda çoxsaylı plov növlərindən biri. Əsasən Qəbələ və şimal bölgələrinə xasdır. == Tərkibi == Toyuq əti – 800 qram, düyü 600 qram, kərə yağı −160 qram, baş soğan 160 qram, yumurta 8 ədəd, limon −60 qram və ya 0.2 qram limon turşusu, yaxud abqora – 80 qram, sarıkök və ya zəfəran – 0.4 qram, duz, istiot, == Hazırlanması qaydası == Plov bişirmək üçün düyü təmizlənir, 2–3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur. Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir. Başqa qazan götürülür, dibinə yuxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfəran vurulur. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlıq olmalıdır.
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. == Məzmun == Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. == Nəşr == Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib.Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) Daha yaxşı gələcək (Bəhrani) == Xarici keçidlər == "Çağırış" ( (az.)).
Qiymə-çığırtma plov
== Tərkibi == Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
AVK Çağırış Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və “otboy” verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çağırış (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Çağırış-əlsıxma autentifikasiya protokolu
Çağırış-əlsıxma autentifikasiya protokolu - aşağıdakı kimi işləyir: Məsafədən giriş serveri kliyentə təsadüfi simvollar ardıcıllığından və öz adından ibarət sorğu (challenge) göndərir. Məsafədən giriş kliyenti MD5 alqoritmi ilə sorğu və istifadəçinin parolundan hesablanmış heşin əsasında yeni heş hesablayır. Kliyent hesablanmış MD5 heşini öz adı ilə birlikdə məsafədən giriş serverinə göndərir. Məsafədən giriş serveri istifadəçinin parolu əsasında heşi hesablayır və istifadəçidən alınmış heşlə müqayisə edir. Üst-üstə düşmə halında məsafədən giriş kliyentinin uçot verilələri həqiqi hesab olunur. Beləliklə, parol açıq şəkildə göndərilmir, lakin məsafədəki tərəf istifadəçinin parolunu açıq şəkildə saxlayır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
İqtisadi hərbi xidmətə çağırış
İqtisadi hərbi xidmətə çağırış — iqtisadi şəraitlərdən istifadə etmək vasitəsilə silahlı qüvvələrə şəxsi heyətin cəlb edilməsi mexanizmləri. Bu, xüsusilə ölkə daxilindəki coğrafi ərazilərin iqtisadi inkişafı baxımından diqqətdən kənarda qalması halında gənclərin böyük bir hissəsinin silahlı qüvvələrdə karyeranı cəlbedici seçim kimi qiymətləndirdiyi vəziyyətə gətirib çıxarır. Termin hələ 1915-ci ildə istifadə olunurdu.Birləşmiş Krallıqda bu silahlı qüvvələrin hərbi xidmətə çağırış bölmələri tez-tez işsizliyin yüksək olduğu ərazilərdə "karyera yarmarkaları"ndan istifadə etməklə işə qəbul prosesini həyata keçirirlər. "Pleyd Kamri"nin iddiasına görə, Uelsdə "ordu yeni işə götürülənlər tapmaq üçün Uelsin ən yoxsul vilayətlərində yerləşən məktəbləri hədəfə alır".
Azərbaycan Milli Məclisinin III çağırışı
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.
Azərbaycan Milli Məclisinin II çağırışı
Azərbaycan Milli Məclisin II çağırış deputatları — 2000-ci il noyabrın 5-də baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 77 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. II çağırış Milli Məclisdə AXCP 7 nəfərlə, VHP 3 nəfərlə, AMİP, AVP, MÜSAVAT və AzKP 2 nəfərlə, ANAP, ASRP və AYP isə 1 nəfərlə təmsil olundu. 26 nəfər bitərəf idi. II çağırış Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, sədrin müavinləri isə Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva idi. Milli Məclisin II çağırış deputatları sırasında ən yaşlısı 1925-ci il təvəllüdlü Bəxtiyar Vahabzadə, ən gənci isə 1974-cü il təvəllüdlü Gültəkin Hacıbəyli idi.
Azərbaycan Milli Məclisinin IV çağırışı
Azərbaycan Milli Məclisin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. IV çağırış Milli Məclisdə Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası və Azərbaycan Ümid Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi.
Azərbaycan Milli Məclisinin I çağırışı
Azərbaycan Milli Məclisinin I çağırışı — 1995–1996-cı illərdə baş tutan seçkilərəsasında formalaşdırılan Azərbaycan Milli Məclisi. == Haqqında == Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı. 11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir. Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər. Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir. 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.
Azərbaycan Milli Məclisinin VI çağırışı
Azərbaycan Milli Məclisin VI çağırış deputatları — 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. VI çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq. VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini bitərəf Adil Əliyev, sədrin müavinləri isə VHP üzvü Fəzail İbrahimli və YAP üzvü Əli Hüseynli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin birinci qadın sədri oldu. Milli Məclisin VI çağırış deputatları sırasında ən yaşlısı 1938-ci il təvəllüdlü Fəttah Heydərov, ən gənci isə 1993-cü il təvəllüdlü Səbinə Xasayeva idi.
Azərbaycan Milli Məclisinin V çağırışı
Azərbaycan Milli Məclisin V çağırış deputatları — 2015-ci il noyabrın 1-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 72 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. V çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. V çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin V çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1986-cı il təvəllüdlü Şahin İsmayılov idi. == Milli Məclisdə təmsil olunan partiyalar == == Milli Məclisin V çağırış deputatları == == Qeydlər == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səfa Mirzəyev, Azərbaycanın Milli Məclisi: Beşinci çağırış, Azərbaycan: Azərbaycan Milli Məclisinin mətbəəsi, 2016 == Xarici keçidlər == Vikianbarda Azərbaycan Milli Məclisinin V çağırış deputatları ilə əlaqəli mediafayllar var.
Borcun çağırışı 4: Müasir Müharibə
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.
Naxçıvan Ali Məclisinin III çağırışı
Naxçıvan Ali Məclisinin III çağırışı — 2005-ci il 7 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 39-u Yeni Azərbaycan Partiyasının , 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi.Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. 2005-ci ilin 28 noyabr tarixində Ali Məclisin III çağırışının birinci sessiyası baş tutdu. III çağırışın birinci sessiyasında Ali Məclisin sədri YAP üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. III çağırışın 2-ci sessiyasında isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov Ali Məclisin sədr müavini seçilib. Ali Məclisin ən yaşlı üzvü 1941 təvəllüdlü Qürbət Rzayev, ən cavan üzvləri isə 1976 təvəllüdlü Elman Cəfərli və Anar İbrahimov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin III çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respyblikası Mərkəzi Seçki Komissiyası:"Naxçıvanda Parlament seçkiləri: 6 noyabr 2005"; Naxçıvan-2006.
Naxçıvan Ali Məclisinin II çağırışı
Naxçıvan Ali Məclisinin II çağırışı — 2000-ci il 5 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 40-ı Yeni Azərbaycan Partiyasının , 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi.Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. II çağırışın birinci sessiyasında Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Vahid Ağahəsənov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Zahid Əzimov seçilib. Ali Məclisin ən yaşlı üzvü 1919 təvəllüdlü Hüseyn İbrahimov, ən cavan üzvü isə 1969 təvəllüdlü Elçin Pənahov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin II çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Bülleteni; Naxçıvan-2000.
Çigirin
Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi.
Naxçıvan Ali Məclisinin IV çağırışı
Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, 2-i isə bitərəf idi. Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur.2010-cü ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu.IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.
Naxçıvan Ali Məclisinin VI çağırışı
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci il tarixində baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament. Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəf idi. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası üzvü və 2 nəfər bitərəf. Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın. 2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir.Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir.Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadov, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyeva olmuşdur.
Naxçıvan Ali Məclisinin V çağırışı
Naxçıvan Ali Məclisinin V çağırışı — 2015-ci il noyabr ayında baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 8-i qadın, 37-i isə kişi olmuşdur.2015-ci ilin 17 noyabr tarixində Ali Məclisin V çağırışının birinci sessiyası baş tutdu.V çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 noyabr 2017 tarixli sərəncamıyla Ali Məclisin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilmişdir.
Avropa Kişilər CEV Çağırış Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.
Pişik çığırtısı sindromu
Pişik çığırtısı sindromu — 5-ci xromosomun qismən silinməsindən qaynaqlanan nadir bir genetik xəstəlikdir. Adı, təsirlənmiş uşaqların xarakterik pişik fəryadından bəhs edən bir Fransız termini ("pişik ağlaması"). İlk dəfə Jerome Lejeune tərəfindən 1963-cü ildə təsvir edilmişdir . Xəstəlik bütün etnik qruplar arasında təxminən 50.000 canlı doğuşdan 1-ni təsir edir və qadınlarda 4:3 nisbətində daha çox görülür. == İşarələr və simptomlar == Sindrom, adını qırtlaq və sinir sistemindəki problemlər səbəbiylə bir bala balasının miyavına bənzəyən təsirlənmiş körpələrin xarakterik fəryadından alır. Körpələrin təxminən üçdə biri 2 yaşına qədər ağlamağı dayandırır. Pişik çığırtısı sindromu digər simptomlarına aşağıdakılar aid edilə bilər: udma və əmmək çətinliyi səbəbiylə qidalanma problemləri; mutizm; az doğuş çəkisi və zəif böyümə; ağır idrak, danışma və hərəkət pozğunluqları; hiperaktivlik, təcavüz, alovlanma və təkrarlanan hərəkətlər kimi davranış problemləri; zamanla dəyişə bilən qeyri-adi üz xüsusiyyətləri; həddindən artıq tökülmə; kiçik baş (mikrosefaliya) və çənə (mikroqnatizm); geniş qurulmuş gözlər (hipertelorizm);Digər ümumi əlamətlər arasında hipotansiyon, tam yanaqları olan dəyirmi bir üz, epikantal qırışlar, aşağı əyilmiş göz yarıqları (göz qapaqları), qısqırıq, düz burun körpüsü, aşağıya baxan ağız, aşağı qulaqlar, qısa barmaqlar, tək palma qırışları və ürək qüsurları vardır. Bu vəziyyəti olan insanların ünsiyyət qurmaqda çətinlik çəkdikləri də müşahidə edilmişdir. Dil biliyi bir neçə kəlmədən qısa cümlələrə qədər dəyişə bilsə də, tibb işçiləri tez-tez uşağa bir mütəxəssisin köməyi ilə bir növ danışma terapiyası yardım göstərilməsini tövsiyə edirlər. Daha az görülən tapıntılara dodaq və damaq yarığı, preaurikulyar izlər və fistulalar, timik displazi, bağırsaqda malrotasiya, meqakolon, qasıq yırtığı, qalça çıxığı, kriptorxidizm, hipospadiyalar, nadir böyrək qüsurları (məsələn, at nalı böyrəyi, böyrək və ya ageneplazmik ektopiya), klinika beşinci barmaq, equinovarus clubfoot, düz ayaq, ikinci və üçüncü barmaqların və barmaqların sindaktili və hiper genişlənən oynaqlar.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.